Site icon Frame.az

İndi “Uber”də səyahətləri bir neçə təyinat nöqtəsi ilə sifariş etmək mümkündür

An illustration picture shows the logo of car-sharing service app Uber on a smartphone next to the picture of an official German taxi sign in Frankfurt, September 15, 2014. REUTERS/Kai Pfaffenbach

Şəhər üzrə avtomobil sifarişi üçün eyni adlı mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Azərbaycanda bir neçə təyinat nöqtəsi ilə səfər etmək imkanının yaradılması haqqında danışıb.

Şirkətin məlumatına əsasən, “Uber” platformasında 3%-dən 10%-dək gedişlərin hamısı bir neçə dayanacaqla həyata keçirilir. Əvvəlcədən bir neçə ünvan əlavə etmək imkanı sifariş prosesini həm istifadəçi, həm də sürücü üçün daha rahat edir, çünki indi tədbiqdə əvvəlcədən bir neçə dayanacaq seçib, öncədən məbləğ və səyahətin ümumi vaxtını öyrənmək mümkündür ki, bu da sürücüyə marşrutu daha rahat planlaşdırmağa kömək edir. Bir neçə ünvan ilə marşrut seçimi opsiyası onlarla daxili interfeys, dizayn və iOS və “Android” üçün tədbiqin üzərində işləyən komanda üzvlərinin böyük səyləri nəticəsindəyaranıb.

Bir gediş çərçivəsində bir neçə dayanacaq sifariş etmək üçün“Uber” tətbiqində”Hara” bölməsində, sahənin yanındakı “+” işarəsinə basın, “Dayanacaq əlavə et” düyməsini seçin və ünvanı göstərin, bundan sonra seçimi təsdiq edin. İstifadəçi bir səfər zamanı 2 aralıq dayanacaq əlavə edə bilər (son təyinat nöqtəsi istisna olaraq). Ara ünvanlarıhəm sifariş, həm də səfər zamanı əlavə etmək mümkündür. Eyni zamanda, planlar dəyişdiyi və sürücü göstərilən ara ünvanını təsdiq etmədiyi halda lazımsız dayanacaqları silmək mümkündür.

İstifadəçi bütün dayanacaqları əvvəlcədən qeyd etdiyi halda gediş haqqı səfərin ümumi vaxtına hər bir dayanacağa əlavə 3 dəqiqə əsasında hesablanacaq.Bu, tarif dəqiqliyini artırmaq və hər bir dayanacaq üçün əlavə vaxt hesablamaq üçün əvvəlcədən qiymətin hesablanmasında nəzərə alınır. İstifadəçi dayanacaqları səfər zamanı əlavə etsə və ya yeniləsə səfərin yekun dəyəri ümumi məsafədən və real vaxtdan asılı olaraq dəyişə bilər.

“İnnovasiyalar “Uber”şirkətinin DNT-sinin ayrılmaz bir hissəsidir, buna görə də istifadəçilərdən tətbiqin mümkün qədər yaxşılaşdırılmasından və ya yeni xidmətlərin əlavəsi haqqında rəy aldığımızda onu diqqətlə yoxladıqdan sonra istifadəçi təcrübəsini daha rahat edəcək həllərin inkişafı ilə məşğul oluruq. Bugün biz istifadəçilərə bir avtomobilin sifarişini daha rahat edəcək bir xidmət təqdim etməkdən xoşbəxtik hissi duyuruq”, – deyə “Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

Sürücülər isə ümumi marşrututətbiqdə əlavə dayanacaqlarla birlikdə görəcək. İlk ara nöqtəsində dayandıqdan sonra sürücü öz gəlişini təsdiqləməlidi, bundan sonra isə öz marşrutuna davam etməlidir; bundan əlavə, sürücünün tətbiqlə işi əsasən dəyişilməz qalacaq.
“Uber”dən istifadə etməyə başlamaq üçün tədbiqiuber.com/app ünvanından, “Android” üçün “Google Play”dən və ya iOS üçün “App Store”dan yükləmək gərəkdir.

Frame.az

Exit mobile version