İnformatika üzrə daha 4 medal!

Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı

Azərbaycan məktəbliləri son illərdə beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərin sırasını genişləndiriblər. “Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə hazırlıq keçən şagirdlərimiz beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər.

Ölkəmizin təşkilatçılığı ilə onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Yarışda Bakı şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov və Balakən rayonu Qazbinə kənd tam orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahibləniblər.

Xatırladaq ki, 2017-ci ildən etibarənTəhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC məktəblilərimizin beynəlxalq olimpiadalarda informatika fənni üzrə hazırlığını və iştirakını dəstəkləyir.Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur,informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır. Bu proses AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.  Azercell-in dəstəyilə hazırlaşan məktəblilərimizbu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 23 bürünc olmaqla, ümumilikdə 31 medal əldə ediblər.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarını əsas tutaraq, “Azercell Telekom” MMC hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artmasına dəstək olan, eləcə də tələbələri bu istiqamətdəuğurlara təşviq edən layihələrini davam etdirəcək. “Azercell Telekom” MMC məktəblilərimizi yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışmalarda daha böyük qələbələr arzulayır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: