FutbolIdman

İngiltərə Çempionatı 5-ci tur

Turun açılış oyununda “Bornmut” və “Brayton” komandaları üz-üzə gəlib. İlk hissəsi qolsuz başa çatan oyunda hesab 55-ci dəqiqədə açılıb.Qrossdan ötürmə alan Març topu Beqoviç’in qoruduğu qapıdan keçiriərək komandasını hesabda önə keçirib 0:1. Məğlubiyyətlə barışmaq isəməyən meydan sahibləri hücumlarının kəsərini artıraraq 67-ci dəqiqədə istəyinə nail olub. Surman İbe’nin ötürməsindən sonra hesaba tarazlıq gətirib 1:1. Cəmi altı dəqiqə sonra “Bornmut” qələbə topunu da vurmağa müvəffəq olub. Bu dəfə komandanın bu mövsüm heyətinə cəlb etdiyi Defo fərqlənib 2:1. “Liverpul” doğma meydanda gözlənilmədən “Barnli” komandası ilə oyunda xal itirib 1:1. London derbisində üz-üzə gələn “Çelsi” və “Arsenal” qalibi müəyyən edə bilməyib 0:0. “Mançester Yunayted” “Old Trafford” stadionunda Everton’a acı məğlubiyyət yaşadıb 4:0. Mançester şəhərinin digər təmsilçisi “Mançester Siti” komandası da turu qələbə ilə başa vurub. Çempionlar Liqasında “Borussia Dortmund” komandasını məğlub edən “Tottenhem” öz meydanında Suonsi’yə qalib gələ bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb. Bornmut – Brayton 2:1 Liverpul – Barnli 1:1 Kristal Pelas – Sautgempton 0:1 Haddersfild – Lester 1:1 Nyukasl – Stok Siti 2:1 Uatford – Mançester Siti 0:6 Mançester Yunayted – Everton 4:0 Vest Bromviç – Vest Hem 0:0 Çelsi – Everton 0:0 Tottenhem – Suonsi 0:0

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!