Site icon Frame.az

Insan resurslarının idarə etmədə rolu

Çalışdığımız təşkilatda davamlı inkişafı təmin etmək və rəqabətə dayanıqlığı təmin etmək üçün keyfiyyət idarəetmə sisteminin səmərələrindən istifadə edilməlidir. Hər bir təşkilatın fəaliyyət göstərməsində maraqlı tərəflər vardır: Müştəri, əməkdaşlar, səhmdar, təchizatçılar və Dövlət.

Hər bir maraqlı tərəfin isə öz maraq dairəsi var: Müştərilərə ona təqdim edilən məhsulun keyfiyyəti, qiyməti və çatdırılmasına ayrılan zaman, əməkdaşlara əmək haqqının yüksək olması, karyerada inkişaf, imic əldə etmək, səhmdarlara müəssisənin fəaliyyəti üçün ayırdığı kapitalı qısa müddətdə əldə etmək, daha çox gəlir əldə etmək,

Dövlətə müəssisənin fəaliyyət göstərməklə yeni iş yerlərinin yaranması, dövlət büdcəsinə ödənilən gəlir vergisinin təmin edilməsi, təchizatçılara isə müəssisənin fəaliyyət göstərməklə ondan daha çox xammal materıalın alınması maraqlıdır. Qeyd edilən maraqlı tərəflərdən biri-müştərilərin maraq dairəsini təmin etməklə müəssisə fəaliyyətində maraqlı olan digər tərəflərin maraq dairəsini təmin etmiş oluruq. Müştəri tələbi öyrənilməli, mikro və makroiqtisadi amillər qiymətləndirilməlidir. Qiymətləndirmə nəticəsində hədəflər planlanır və bu hədəflərə nail olmaqda insan resursları əhəmiyyətli rola sahibdir. İnsan resurslarının səmərəli idarə edilməsi və təşkilata verdiyi dəyərin göstəricisini artırmaq üçün aşağıdakı məqamların tənzimlənməsi vacibdir:

İnsan resurslarının cəlb edilməsi. 

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün insan resurslarının düzgün seçimi aparılmalıdır. İnsan resurslarının seçimində müəyyən meyarlar nəzərə alınmalıdır:

Namizədin təşkilatın korporativ dəyərlərinə cavab verməsi. Bir çox təşkilatlar bu meyara önəm verərək yaranmış vakant yer üzrə namizədləri daxildə olan kadr ehtiyatından seçir. Çünki onlar təşkilatın dəyərlərinə cavab verir və təşkilat xaricindən qəbul ediləcək işçi üçün ayrılacaq zamana qənaət etmiş olur.

Namizədin fəaliyyət sahəsi üzrə təcrübəsinin və nailiyyətlərinin tələb olunan vəzifəyə cavab verməsi.

Təşkilatın inkişaf tarixi ilə namizədin öz karyerasında olan inkişaf dövrü arasında müəyyən tarazlığın olması. Məqsəd kadr loyallığını təmin etməkdir.

Namizədin təşkilata gətirəcəyi faydaların qarşıya qoyulmuş hədəflərə cavab verməsi.

Bir qrup şirkətlər insan resurslarını xüsusi kadr xidməti müəssisələri vasitəsilə təmin etməyi üstün tuturlar. Burada məqsəd xidmət müqaviləsinin qüvvədə olduğu müddətdə kadrın təşkilatın dəyərlərinə cavab verdiyini qiymətləndirmək və bununla düzgün kadr seçiminə əminliyi artırmaqdır.

Təşkilata cəlb etdiyimiz hər bir işçi üçün karyera inkişaf planı hazırlanmalıdır. Kareyera inkişaf planı hazırlarkənvə hədəflər üzrə rollar müəyyən edilərkən işçilər arasında Mayer Briqs testini keçirmək tövsiyə edilə bilər.

İnsan resurslarının fəaliyyətə adaptasiyası  

İnsan resurslarını fəaliyyətə uyğunlaşdırmaq üçün təşkilatın fəaliyyətini tənzimləyən normativ sənədlər olmalıdır. Bu normativ sənədlər proses, prosedur və qısa təlimatlar formasında tərtib edilir. Normativ sənədlər təşkilatın aparıcı kadrlarının beyin məhsuludur vəişçilərəfəaliyyət sahəsində səmərəli nəticəəldə etməyə imkan yaratmalıdır.İşçilər normativ sənədlərin tələbləribarədə maarifləndirilməli və mənimsəmə səviyyəsi qiymətləndirilməlidir. İşçilər təşkilatın siyasəti və hədəflər ilə tanış edilməli, hədəflərə nail olmaq üçün motivasiya sistemi qurulmalıdır. Motivasiyanın ən səmərəli forması isə vəzifələr üzrə dərəcələndirməni (Məsələn: Hay metod səmərəli metodlardan biridir.) etməklə həyata keçirmək olar. Bu həm kadrlar arasında rəqabət mühitini yaradır, həm də kadrların peşəkarlıq səviyyəsinin artırılmasına stimul yaradır, bununla da təşkilatın imicini yüksəldirik. Qeyd edilənləri nəzərə almaqla biz insan resursunaYaponların Kaizen – davamlı inkişaf nəzəriyyəsinin elementlərini tətbiq etmiş oluruq. İnsan resurslarının təşkilatda qərar verən vəzifəli şəxslərə əlçatan olmasını təmin etmək lazımdır. Bu təşəbbüskarlıq təşkilatın qərarverən vəzifəli şəxsləri tərəfindən təmin edilməlidir.

İnsan resurslarının fəaliyyətinə nəzarət

Insan resurslarının fəaliyyətinə nəzarət metodları işlənməlidir. Bu nəzarətkadrın təşkilatın dəyərlərinə cavab verdiyini, onun peşəkarlıq səviyyəsini və onun artırılması ehtiyaclarını, motivasiya ehtiyacını qiymətləndirmək üçündür.Qiymətləndirmə işçinin birbaşa rəhbəri, eyni proses iştirakçıları,müştərilər, test müştəriləri və işçinin özü tərəfindənaparılmalıdır.

Yuxarıda qeyd edilənləri həyata keçirmək üçün hər bir təşkilat özündə korporativ idarəetmə sistemini qurmalı və mütəmadi olaraq fəaliyyətə uyğunluğunu təmin etməlidir. İnsan resurslarının təşkilatı idarəetmədə rolunu nəzərə alaraq onlardan faydalanmaq üçün aşağıdakı qrup normativ sənədlərin istifadəsi məqsədə uyğundur.

Fəaliyyət sahəsi üzrə vəzifələrin dərəcələndirilməsi

İnsan resursların işə cəlb edilməsi

İnsan resurslarının adaptasiyası

İnsan resurslarının xidməti fəaliyyətinin qiymətləndirilməsi

İnsan resurslarının peşəkarlıq səviyyəsinin artırılması

İnsan resursu ehtiyatının idarəedilməsi

Motivasiya sisteminin idarəedilməsi

Əmək münasibətlərinin tənzimlənməsi (Məzuniyyət, ezamiyyət, müqaviləyə əlavələr və xitam verilməsi əhatə edilə bilər.)

Və ən zəruri isə hər bir kadrın işini tənzimləyəcək işçi proseslər.

 

Exit mobile version