Frame.az-ın məlumatına görə, 14 may tarixində şourumunda təntənəli şəkildə “Collezione İtalia bir il sizinlə” adlı özəl tədbir baş tutub.
Tədbir çərçivəsində dəbdəbəli interyer və dizayn məkanı olan “Collezione İtalia” şourumuna 200-yə yaxın qonaq cəlb olunub. Onların arasında şirkət rəhbərləri və əməkdaşları, aparıcı azərbaycanlı interyer dizaynerlərı, jurnal redaktorları, yüksək cəmiyyət və KİV nümayəndələri iştirak edib.
Tədbir meydançasında ayrıca xoş bayram atmosferinin yaradılması üçün dolğun proqram təşkil edilib: Avropa mətbəxinin yeməklərindən ibarət furşet, müxtəlif içkilər və canlı musiqi. Tədbirə lounge, jazz və milli musiqi ab-havasını ifaçılar Nərmin Kərimbəyli, “Dervish Blues Band & Nara White” və “Excellent” Music Band kaver-qrupu qatıb.
Yerli KİV-in reportajından dərhal sonra məkanın təsisçiləri Qalib Məmmədov və Namiq İdrisov tərəfindən təntənəli şəkildə tort kəsilib.
Hazırda “Collezione İtalia” adı altında fəaliyyət göstərən inanılmaz həcmli mebel və interyer məkanının tarixi qısa zaman ərzində bazarda birinciliyi və müştərilərin etibarını qazanan “Neoclass” santexnika salonundan başlayır.
Bazarda mövqelərini bərkitmək üçün şirkətin növbəti məntiqi addımı mebel və interyer sahəsinə keçmək oldu. Beləcə “Del Mondo” mebel salonu yarandı. Lakin nə sahəsinə, nə brend sayına görə bu salon onun təsisçilərinin istehlakçılara fərqli kolleksiyalar və brendləri təqdim etmək arzusuna cavab vermirdi. Elə o zaman da “Collezione İtalia”nın təşkili ideyası yarandı. 2012-cu ildə əsası qoyulan “Collezione İtalia” şourumu Azərbaycan bazarına 2016-cı ilin mayında çıxdı.
“Collezione İtalia”nın yaradılması təkcə Azərbaycan üçün deyil, həm də ən yaxşı fabriklərini yeni sahədə təqdim etmək imkanı alan Avropa ölkələri üçün də vacib hadisəyə çevrildi. Şourum yaradıcıları interyer sahəsinin lideri olan 300-dən çox şirkətin bir araya gətirilməsinə müvəffəq ola biliblər.
“Collezione İtalia”da təqdim olunan məhsul, ilk növbədə hər bir sahədə, o cümlədən mebeldə də keyfiyyəti üstün tutan azərbaycanlı istehlakçılar üçün nəzərdə tutulub. Hazırda bir çox azərbaycanlılar xarici ölkələrə səyahət edirlər və onların yüksək mebel mədəniyyətinin ən yaxşı nümunələri ilə tanış olmaq imkanları olur. Odur ki, keyfiyyətə tələblər daim artır və ölkədə memarlıq və dizayn zövqünün inkişafı mebel biznesinin uğurunun vacib aspektinə çevrilir.
25000 kv.m sahəni əhatə edən “Collezione İtalia” özündə mebel, mətbəx, santexnika, divar kağızı, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, qab-qacaq və ev üçün digər aksessuarlar təqdim edən aparıcı italyan və Avropa mebel brendlərini cəmləşdirib.
Həmçinin qeyd edək ki, şourumunun fəaliyyətinin bir ili tamam olmaq münasibəti ilə mayın 14-dən iyunun 14-dək bütün məhsullara 50% endirim kampaniyası təşkil olunub.
Ünvan: Akademik Həsən Əliyev 139A
Tel: (012) 568-11-00
Facebook: https://www.facebook.com/CollezioneIt