SəyahətTurizmTəqdimatTəqdimatƏn SonƏn Son

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə növbəti ay üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2023-cü ilin yanvar ayına olan biletlər 28 dekabr 2022-ci il saat 16:00-da satışa çıxarılacaq. 

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır. 

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə ilk müntəzəm avtobus reyslərinin təşkilinə yanvarın 24-də başlanıb. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!