MüsabiqələrŞəkillərTəqdimat

“İslam ölkələri qadınlarının inkişafı”adlı Foto Müsabiqə

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “İslam ölkələri qadınlarının inkişafı” adlı Foto Müsabiqə həyata keçirir.

Müsabiqədə iştirak etmək üçün iştirakçılar  15 fevral 2017-ci il tarixinə qədər fotomusabiqe2017@gmail.com elektron ünvanına aşağıdakı sənədləri təqdim etməlidirlər:

Doldurmuş Anket (iştirakçı haqqında məlumat, əlaqə nömrəsi)

Müsabiqədə iştirak edən  foto şəkil sayı: 3 ədəd;

Müsabiqəyə təqdim olunacaq fotolar elektron formatda uzun tərəfi 1500 px olmaqla JPEG formatda olmalıdır

Fotolarda əks olunan  insan haqqında cavabdehlik  fotoqraf daşıyır.

Fotolar komersiya məqsədi üçün istifadə olunmayacaq.

Müsabiqənin nominasiyaları

·       İdmançı qadın

·       Ana obrazı

·       Lider qadınlar

 Müsabiqənin mükafatları:

·     Diplom

·     Qiymətli hədiyyə

Müsabiqəyə təqdim olunan fotolar Komitənin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə nümayiş olunacaqdır.

Əlaqə nömrəsi: 012 598 51 74

 “İslam ölkələri qadınlarının inkişafı”  Foto Müsabiqəsi

 

Fotoşəkilləri təqdim edən şəxsin adı, soyadı, atasının adı, təvəllüd

 

Təhsil aldığı müəssisəsinin və ya işlədiyi yerin adı:

Tel

 

E-mail:

Müsabiqəyə təqdim olunan işin (fotoşəkillərin) adı :

1.

2.

3.

 Azərbaycan Fotoqrafları Birliyi 

AZ1014. Bakı ş. Dilarə Əliyeva küçəsi 156 ev 11 A
(+99412)5949397
(+99450)2124719
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!