Idman

İslamiada: Azərbaycan güləşçiləri daha 7 medal qazanıblar

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst güləşçilərindən İslam Bazarqanov (61 kq) gümüş, Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq) bürünc və qadın güləşçilərimizdən Leyla Qurbanova (53 kq) qızıl, Gözəl Zutova (72 kq) gümüş, Tatyana Omelçenko (62 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!