FutbolIdman

İspaniya Çempionatı 2-ci tur

Son çempion “Real Madrid” doğma meydanda “Valensiya” komandasını qəbul edib. Hesab erkən açılıb.

Görüşün 10-cu dəqiqəsində gənc istedad Asensio meydan sahiblərini hesabda önə keçirib 1:0. Lakin çox keçmədən qonaq komanda Soler’in vurduğu qolla hesabı bərabərləşdirib 1:1. Oyunun 77-ci dəqiqəsində “Yarasalar” gözlənilmədən hesabda önə keçiblər. Kondoqbiya debüt matçında fərqlənib. Hesabda geri düşən “Real Madrid” hücumlarının kəsərini artırıb. Buraxılan qoldan cəmi 6 dəqiqə sonra Kral klubu Asensio’nun vurduğu qol sayəsində tarazlığı bərpa edib 2:2. Matçın qalan dəqiqələrində qol olmayıb və tərəflər heç-heçə ilə barışmalı olublar.

Çempionluq yolunda “Real Madrid” komandasının əsas rəqibi hesab olunan “Barselona” turu 3 xalla qapayıb. Alaves’in qonağı olan Barsa Messi’nin dublu sayəsində qələbə qazanıb. “Real Sosyedad” öz meydanında qəbul etdiyi “Villyareal” komandasına rəhmi gəlməyib 3:0. Debütant “Jirona” Malaqa’ya 1:0 hesabı ilə qalib gəlib.

Levante – Deportivo matçında qalib müəyyənləşməyib 2:2.

Qarabağ’ın Çempionlar Liqasındakı rəqibi “Atletiko Madrid” Las Palmas’ın başına oyun açıb 1:5.

Las Palmas – Atletiko Madrid 1:5 Levante – Deportivo 2:2 Betis – Selta 2:1 Real Sosyedad – Villyareal 3:0 Jirona – Malaqa 1:0 Eybar – Atletik Bilbao 0:1 Espanyol – Leqanes 0:1 Xetafe – Sevilya 0:1 Alaves – Barselona 0:2 Real Madrid – Valensiya 2:2

PƏRVİN BAYRAMOV

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!