İstanbulda Türk Dövlətləri Fintex Alyansının İdarə Heyətinin ilk iclası keçirilib
ℹ️ Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin (TÖDEB) baş ofisində Türk Dövlətləri Fintex Alyansının İdarə Heyətinin ilk iclası keçirilib. Görüşdə regional əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və tənzimləmə proseslərinin uyğunlaşdırılması üzrə hədəflər müəyyən edilib.
İclasdan sonra İdarə Heyətinin üzvləri Türkiyə Prezidentinin Maliyyə Ofisinin sədr müavini Necip Fazıl Kaymakı ziyarət edərək alyansın yol xəritəsini və regional fintex ekosisteminin gücləndirilməsi üçün atılacaq addımları müzakirə ediblər.