Site icon Frame.az

İsti havalarda bu geyimlərdən uzaq olun

Yayda özünüzü daha rahat hiss etmək üçün geyindiyiniz paltarlara diqqət etməlisiniz. Elə paltarlar var ki, onları yayda geyinmək düzgün deyil. Frame.az isti havalarda geyilməsi məsləhət olmayan paltarları sadalayır

İpək və atlas paltarlar

İpək və atlas yerinə pambıq, ya da kətan parçalar seçin. Çünki ipək parçalar, xüsusilə də tünd rəngli olanlar isə tərinizi göstərir və bədənin daha çox tərləməsinə səbəb olur.

Skinny şalvarlar

Bədəninizə yapışan qalın cins parça sizi nəinki tərlədəcək, hərəkətlərinizi də məhdudlaşdıracaq. Ondansa gen paltarlar geyinin.

Tünd rəngli paltarlar

Tünd rəngli paltarlar günəş işığını əmir. Ona görə yay günlərində qara, boz və göy kimi tünd rənglərə çox da üstünlük verməyin. Ağ, açıq və pastel tonlu geyimlər isti havanın təsirini azaldır.

Dəri çantalar

Dəri çantalar da daha çox tərləməyə səbəb olur. İsti havalarda dərimizlə təmas edən dəri çantalardan uzaq durun.

Exit mobile version