İSTİFADƏÇİLƏRİNİZİ, CİHAZLARINIZI VƏ MƏLUMATLARINIZI BULUDDA NECƏ QORUMAQ OLAR?

Xorvatiyanın İT şirkəti “Span” 23 fevral 2022-ci il tarixində saat 12:00-da “İstifadəçilərinizi, cihazlarınızı və məlumatlarınızı buludda necə qorumaq olar?” mövzusunda vebinar keçirəcək.

Vebinar müasir dövrdə şirkətlərin təhlükəsizliyi bağlı mövcud problemlər, effektiv bulud həlləri, Microsoft 365 təhlükəsizlik həlli və onun şirkətin təhlükəsizliyinin təmin edilməsi və imkanlarının genişləndirilməsində rolu və s. mövzuları əhatə edir.

Onlayn tədbirdə bulud həlləri üzrə mütəxəssislər Matey MezqaSamur Əhmədov  bulud həlləri barədə maraqlı təqdimatlarla çıxış edəcək, iştirakçıların suallarını cavablandıracaqlar.

Bulud həlləri üzrə mütəxəssis Matey Mezqa təhlükəsizliyin önəminin artdığı müasir dövrdə bu vebinarın hər kəsə faydalı olacağını bildirib.

“Ötən il ərzində kiberhücumların sayı təxminən 4 dəfə artıb. Təşkilatların 66%-i yanlış konfiqurasiya edilən xidmətlər səbəbiylə kiberhücum riski ilə üz-üzədir. Kiberhücumlar daim dəyişir və daha da mürəkkəbləşir. Buna görə də indi tam görüntü təmin edən bulud təhlükəsizliyinə sahib olmaq heç vaxt olmadığı kimi vacibdir”, – deyə mütəxəssis qeyd edib.

Vebinar Azərbaycan və ingilis dillərində olacaq.

Vebinarda iştirak etmək üçün https://bit.ly/3rHLe5blinkinə keçid edərək qeydiyyatdan keçməyiniz xahiş olunur.

Span Azərbaycanın fəaliyyəti və ən son yenilikləri barədə daha ətraflı məlumat üçün LinkedinFacebook  səhifələrimizi izləyin.

Span şirkəti haqqında:

Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT şirkəti “Span” iri müəssisə və biznes nümayəndələri üçün informasiya sistemlərinin layihələndirilməsi və tətbiqi xidmətləri, həmçinin texniki dəstək üzrə ixtisaslaşıb. Biznesin rəqəmsal transformasiyası sahəsində 28 ildən çox beynəlxalq təcrübəyə malik olan Span etibarlı və dəyərli İT tərəfdaşıdır. Hazırda Span Group-da 500-dən artıq mütəxəssis çalışır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!