Site icon Frame.az

İsveçrədə Azərbaycanın milli mətbəx günləri keçirildi-FOTO-lar

İsveçrənın Sankt Moritz şəhərində keçırilən ” Snow Polo” Dünya Kuboku yarışı çərçivəsində Azərbaycan milli mətbəx günləri keçirildi.

Azərbaycan Kulinarlarından ibarət komanda 3 gün ərzində 20-30 mın adama mətbəximizi tanıtdı.
28.01.2017-ci il tarixdə xüsusi olaraq Azərbaycana həsr edilmiş “Bakı- Moritz” adlanan kokteyl parti keçirildi . Kulinarlarımız 10 adda hərəsindən 500-700 Azərbaycan kanapelərini qonaqlara təqdim etdi. Lörmə salat kanapesi, Narlı coban salat kanapesi,qara,qırmızı və ağ kürü ( Şamaxı ilbız kürüsü ) kanapeləri, badımcan ləvəngisi kanapesi, soyuq və qaynar hisə verilmış nərə balığı, qızıl balıq kanapeləri və s. ilk dəfə dünya restoran biznesində kanape kimi təqdim edildi. Gündüz isə saat 11-17 arası 12 min nəfərə Cay, 10 növ mürəbbə, şəkərbura, paxlava, mütəkkə, ət və göyərti qutabı, lavaş və motal pendiri, nar şırəsi, şərablar verildi.

Polınun( ÇÖVKAN) Vətəninin Azərbaycan olduğunu UNESKO qəbul edib. Bu bizə fərəh və güc verirdi. Buradakı hər kəs bunu bilirdi. Hər kəs Azərbaycanın Qarabağ atlarından danışırdı.

Heydər Əliyev Fonduna, Fondun Prezidenti Mehriban xanım Əliyevaya, vitse Prezidenti Leyla xanım Əlıyevaya bizə göstərdikləri isti, doğma münasibətə ğörə minnətdarlığımızı bildiririk. Tədbirin Təşkilatçılarına Heydər Əliyev Fonduna, Respublika Atçılar Federasiyasna yüksək təşkilatçılığa görə təşəkkür edirik. İşci qrupda böyuk əzıyyət çəkən həm rəhbərlik, həm fəhləlık edən hər bir dostumuza, Əbülfəz bəyə, Bəhruz bəyə, Sultan bəyə, Böyükağa bəyə,Günel xanıma və Mənzər xanıma,işimızə dəstək vermış Mədənıyyət və Turızm Nazirliyinin rəqs qrupuna, tədbiri ən yüksək səviyyəlı məhsullarla təmın etmiş Azərsun Holdinqə, Ağsu Azqranata şirkətinə, hər kəsə minnətdarıq. Ölkəmiz namınə daha bir uğura imza atdıq. 

Frame.az

Exit mobile version