IdmanTəqdimat

İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmizi 7 paracüdoçu təmsil edəcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo idman növü üzrə milli komandasının üzvləri İtaliyanın Kalyari şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Frame.az AMPK-ya istinadla xəbər verir ki, çempionatda ölkəmizin idman şərəfini 5 kişi və 2 qadın paracüdoçu qoruyacaq. Kişilərin yarışında İsmayıl Muradov (60 kq), Anar İsmayılzadə, Namiq Abaslı (hər ikisi 73 kq), Zakir Mislimov (90 kq) və İlham Zəkiyev (+90 kq) tatami üzərinə çıxacaqlar. Qadınların mübarizəsində isə Xatirə İsmiyeva və Dürsədəf Kərimova (hər ikisi +70 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Eyni zamanda Kalyaridə idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə tibbi təsnifat da keçiriləcək.

Avqustun 31-dən sentyabrın 5-dək davam edəcək yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!