SağlamlıqTəqdimatƏn SonƏn Son

İtaliyadan ölkəmizə dönən tələbələrin müayinəsi zamanı onlarda xəstəlik əlamətləri aşkarlanmayıb

İtaliyada təhsil alan və ölkəmizə dönən azərbaycanlı tələbələrin müayinəsinin təşkilinə Təcili Tibbi Yardım Xidmətinin ambulansları cəlb edilib. Prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri davam etdirəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!