Baku City CircuitFormula 1IdmanTəqdimat

İtaliyalı Nazir Formula 1Azərbaycan Qran Prisindən bəhs edib

İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətininAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündəFormula 1 Azərbaycan Qran Prisindən bəhs edilib.

İtaliyalı nazir ölkəmizdə ilk dəfə səfərdə olduğunu və paytaxt Bakını birinci dəfəFormula 1  Qran Prisisayəsində gördüyünü qeyd edib:

“Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula 1 Qran-Prisi sayəsində görmüşdüm. Şəhər çox gözəldir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə, hazırkı vaxtda regionunuzda lidersiniz və bu  münasibətlə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik”.

Qeyd edək ki,  Azərbaycan  artıq 6-cı ildir  nüfuzlu beynəlxalq idman yarışında, dünyanın qabaqcıl ölkələri ilə bir aradatəmsil olunur. Növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində baş tutacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!