29 noyabr Kişinyovda “Adami Media”-nın mükafatlandırma gecəsi baş tutub ki,bu gecədə Əli və Əziz Qəniyevlər “Aşağı Saralıda gənc olmaq” debüt filmləri ilə festivalın xüsusi mükafatına layiq görülüblər.
Bu iki qalibə mükafatı Xəzər Tv-nin moderatoru Rahib Azəri təqdim edib.Bundan sonra Rahib Azəri Azərbaycan tele məkanı barədə maraqlı söhbətlər edib. Bu il Azərbaycan ilk dəfə onlayn münsiflər heyətində yer alıb və Rahib Azəri seçilmiş filmlər arasında Acariyadan olan Hurinin hekayəsini çox bəyənmiş,Huri Abaşidze haqqında bunları söyləmişdir: -Bir çox çətinliklərə baxmayaraq,öz həyatının iplərini öz əlində saxlamağı bacaran cavan bir qız haqqında çəkilmiş çox poetik filmdir,”Huri”! Kişinyovda “Orqanial”-da keçirilən qala gecəsinin açılışını Moldaviya Parlamentinin üzvü Valeri Qiletski həyata keçirib.Ondan sonra növbə Almaniyanın Moldaviyadakı səfiri Anjela Qaninnger Adaminin Şərqi Avropada müxtəliflik mövzusunda danışmış və Adaminin Şərq əməkdaşlığı zəminində mədəni müxtəlifliyin inkişafında rolunun danılmaz olduğunu qeyd etmişdir. OBCE-nin üzvü Harlem Dezir qalibləri mükafatlandırarkən,bu il yarışmada iştirak edən filmlərin mövzusunun çox müxtəlif olmasından söhbət açmış və bu səbəbdən məmnunluğunu gizlətməmişdir.
Evro Nest Parlament assambleyasının katibi Rebekka Harms,Kişinyovda yerləşən möhtəşəm orqan zalında öz nitqində “bizi müxtəliflik birləşdirib” cümləsindən istifadə edərək,Adaminin mədəniyyət müxtəlifliyi mövzusunda əvəzolunmaz rolundan danışmışdır. Moldaviya Parlamentində baş tutan ADAMİ TALKS bir çox tələbələrin marağına səbəb olmuşdur.Kişinyova təşrif buyuran Miodraq Soriç,Zurab Kodalaşvili,İna Rak düzgün olmayan xəbərlərin yayılmasının qarşısını necə almaq barəsində söhbətlər etmişlər. Keçən il Adami Bakıda ilk seminarını keçirmişdir.
Onlayn video və video mövzusunda olan bu seminarda Azərbaycanın,Gürcüstan,Belorusiya,Moldaviya və Ukraynanın mütəxəssisləri iştirak etmişlər.Gökhan Əkrəmoğlu,Dominik Vilyam və vlogger “Lena” öz təcrübələrinə söykənərək maraqlı diskussiyaya səbəb olan bir seminarın iştirakçılarıdırlar. Gələn il bir neçə günlük keçiriləcək ADAMİ STUDİO-da yenə azərbaycanlılar üçün montaj və post production-ın sirrlərinə yiyələnmək şansı yaradılacaq.Bundan əlavə azərbaycanlı jurnalistlər təcrübələrini artırmaq üçün ADAMİ TANDEM proqramı vasitəsi ilə alman-fransız kanalı olan ARTE-də çalışmaq şansı qazanacaqlar.
ADAMİ MEDİA PRİZE hər iki ildən bir müxtəlif bölümlər üzrə seçilmiş film,xəbər,veb saytların arasından ən yaxşılarını seçir. Bu il əməkdaşlarımız arasına daha biri əlacə edilmişdir ki,bu Azərbaycanın İctimai Televiziya kanalıdır. Avropa Birliyinin Şərq əməkdaşlığı çərçivəsində Adami mükafatı bu əməkdaşlığı olan ölkələr arasında,kino,televiziya sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır.Nəzərinizə çatdırırıq ki,Adami Media Prize,Almaniyanın federal XİN və ProCredit Holding(Frankfurt) tərəfindən maliyyələşdirilir. Bu dəfə ən yaxşıları seçmək Torbyorn Yaqland,Andriana Kandu,Qarlem Dezir kimi dünya arenasında sözünü demiş mütəxəssislərin payına düşmüşdür.
Adaminin bundan sonrakı mükafatlandırma gecəsi 2020-ci iıdə Gürcüstanın paytaxtı olan Tbilisi şəhərində baş tutacaqdır.
Frame.az