Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi bəllidi.
Frame.az xəbər verir ki, apasport.az saytının məlumatına görə, yarışın 10-cu günü medal sıralamasında 1-ci olan ölkəni rəsmiləşdirib.
İslamiadanın sonuncu gününün nəticələrindən asılı olmayaraq, Azərbaycan millisi yarışın qalibi adını təmin edib. Belə ki, hesabında 75 qızıl, 46 gümüş və 33 medal olan ölkəmiz digərləri üçün əlçatmazdı.
Düzdü, ümumi medal sayında Türkiyə bizdən öndədi. 68 qızıl, 63 gümüş və 54 bürünc medala malik qonşularımız 185 dəfə fəxri kürsüyə qalxıb. Bu göstəricidə 31 medal öndə olan “ay-ulduzlular” çempionluq sayında Azərbaycana çata bilməz.
Belə ki, 75 qızıl medalı olan ölkəmiz Türkiyə üzərindəki 7 çempionluq üstünlüyü sonadək qoruyacaq. Çünki bu gün cəmi 11 dəst medal sahibini tapacaq. Bunlardan ikisi tennis, ikisi stolüstü tennis, yeddisi uşu növünə təsadüf edəcək. Türkiyə millisi 11 finaldan yalnız beşində qüvvəsini sınayacaq. Bunlardan ikisi tennis, ikisi uşuda, biri isə stolüstü tennisdə olacaq. Bu isə o deməkdi ki, qonşularımız ən yaxşı halda 73 çempionluqla kifayətlənəcək. Beləliklə, yığmamız tarixinin ilk ümumi komanda hesabındakı qələbəsini vaxtından əvvəl təmin edib.