EkologiyaSağlamlıqTəqdimat

İyulun 25-i gündüzədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir

Həftəsonunadək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, iyulun 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 25-i gündüzədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyinin sürəti 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!