İyulun 28-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr, bəzi yerlərdə arabir 23-25 metr olacaq.
Bu barədə Frame.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, sürəti arabir 15-18, iyulun 28-də bəzi yerlərdə arabir 20-25 metr olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.