Idman

Joze Maurinho-nun ilk məğlubiyyəti

İnternational Champions Cup: Manchester United-Borussia Dortmund 1:4

Qollar: (Henrik Mkhitaryan 59 – Gonsalo Castro 19,86 Pierre Emerick Aubameyang 36 pen, Ousmane Dembele 57).

Oyunun Təhlili: Çində keçirilən turnirdə dünyanın 2 nəhəng klubu üz-üzə gəldi. İlk hissə “Borussia Dortmund” klubunun üstünlüyü ilə keçdi. Oyunun 19-cu dəqiqəsində Aubameyang’ın yerinə yetirdiyi cərimə zərbəsini qapıçı Jonstone düz Gonsalo Castro’nun önünə atdı o isə öz növbəsində topu boş qapıdan keçirtməyə çətinlik çəkmədi 0:1.35-ci dəqiqədə oyunun ən fəal futbolçusu olan Aubameyang’ın bisiklet zərbəsi Antonio Valencia’nın əlinə tuş gəldi.

Matçın baş hakimi tərəddüd etmədən 11 metrlik cərimə zərbəsi tə’yin etdi. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Aubameyang Joze Maurinho’nun yetirmələrini 2-ci dəfə meydana mərkəzdən başlamağa məcbur etdi 0:2.

40-ci dəqiqədə Schmelzer’dən ötürmə alan Aubameyang dubl etməyə yaxın olsada zərbəsi azca qapıdan aralı keçdi.

42-ci dəqiqədə Aumayeng’ın zərbəsindən sonra bu dəfə qapıcı Jonstone komandasını qoldan xilas etdi. İkinci hissədə oxşar ssenari ilə davam etdi.

57-ci dəqiqədə “Borussia Dortmund” yeni transferi Dembele’nin fərdi ustalığı sayəsində hesabda 0:3 önə keçdi. 2 dəqiqə sanra hesab arasında fərq 2 topa endi Mata’dan ötürmə alan Mkhitaryan keçmiş klubunu cəzalandırdı və beləcə yeni klubunda qol hesabını açmış oldu 1:3.

86-cı dəqiqədə Gonsalo Castro gözəl qol vuraraq meydana ikinci hissədə meydana daxil olmuş Serxio Romero’nu da mə’yus edərək dublunu rəsmiləşdirdi 1:4.

Joze Maurinho “Manchester United” klubunun sükanı arxasında keçirdiyi 2-ci rəsmi matçında ilk məğlubiyyətini aldı.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!