Baku City CircuitFormula 1Idman

Jurnalistlər arasında kartinq çempionatı keçirilib

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) jurnalistlərlə birgə növbəti kartinq çempionatı keçirib. Bakı Kartinq Mərkəzində (Baku City Karting) baş tutmuş yarış yeni F1 mövsümü öncəsi media mənsublarının yenidən bir araya gəlməsi üçün yaxşı fürsət olub.

Jurnalistlər Bakı küləyinə qarşı maksimum sürət və həyəcanla dolu yarış nümayiş etdiriblər. Üç ayrı qrupda qızğın mübarizənin getdiyi yarışın təsnifat mərhələsindən sonra ən yüksək sürət göstərmiş üç iştirakçı final mərhələsinə yüksəlib.

Nəticələrə əsasən, 1-ci yerin qalibi İdman TV kanalının şərhçisi və aparıcısı Fərid Ramazanov, 2-ci yerin qalibi F-1.az saytının redaktoru Elçin Zodorov, 3-cü yerin sahibi isə İctimai Televiziyanın müxbir və aparıcısı Fəridə Abdullayeva olub.

Qalib gəlmiş yarışma iştirakçılarına BŞH-nin milli mətbuat katibi Turab Teymurov tərəfindən mükafatlar təqdim olunub.

Qeyd edək ki, ənənəyə sadiq qalaraq, BŞH Formula 1 yarışının və digər avtoidman növlərinin ölkəmizdə təbliği məqsədilə hər il yerli mətbuat nümayəndələri üçün kartinq çempionatı təşkil edir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!