Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən “Kapital Bank” “BirKart” sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir. Şərtlərə görə, taksitlə alış-veriş edən “BirKart” sahibləri 50 manatlıq hədiyyə kartı qazana biləcək.
Oktyabrın 20-dək davam edəcək aksiya çərçivəsində hər 50-ci taksit əməliyyatı edən müştəri, avtomatik olaraq “BirKart” tərəfdaşlarında keçərli olan 50 manatlıq hədiyyə kartı qazanacaq. Müştərinin istəyindən asılı olaraq bu kart onun “BirKart” hesabına mədaxil olunacaq 50 manatla da əvəzlənə bilər.
Bu aksiya ilə paralel olaraq sentyabrın 15-dək partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər həmçinin, lotereyada iştirak edib qiymətli hədiyyələr qazana bilər. Hər ay keçirilən tiraj zamanı 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və bir nəfər “iPhone X” əldə edəcək. Sentyabrın 22-də olacaq son tiraj zamanı isə bir nəfər Milana 2 nəfərlik səyahət və 2000 manat qazanacaq.
Qeyd edək ki, “BirKart”ı artıq məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilər. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5 faizdən 30 faizədək Cashback imkanı. Visa kartları əsasında olan “BirKart” 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.