FinansFrame LifeFutbolIdmanIqtisadiyyat

Kapital Bank-dan futbolun inkişafına daha bir töhfə

Kapital Bank ölkənin idman, xüsusilə də futbolunun inkişafına hər zaman öz töhfəsini verir. Sosial yönümlü fəaliyyətə uyğun olaraq,Kapital Bank Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə daha bir müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, Kapital Bank yeni mövsümdən başlayaraq AFFA-nın U-14 liqasının rəsmi tərəfdaşıdır. Bundan sonra həmçinin liqanın adı “Kapital Bank U-14” olacaq.

Qeyd edək ki, Kapital Bank “Sumqayıt” və “Zirə” futbol klublarının da rəsmi tərəfdaşıdır, Sumqayıt şəhərinin əsas futbol meydançası isə “Kapital Bank Arena” adlanır. Bu futbol klubları ilə il ərzində bir neçə layihə həyata keçirilir.Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!