Site icon Frame.az

Kapital Bank-ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarıldı

Xəbər verdiyimiz kimi Kapital Bank-ın 50 000 000 ABŞ dolları həcmində olan istiqraz emissiyasının birinci tranşı investorlar tərəfindən yüksək maraqla qarşılanıb. Belə ki, 30 000 000 ABŞ dollar həcmində emissiya olunan istiqrazlara investorlar tərəfindən 35 211 100 ABŞ dolları həcmində sifariş yerləşdirilib.

Qeyd olunan istiqrazların 20 000 000 ABŞ dolları həcmində olan ikinci tranşının abunə yazılışı 29 sentyabr 2024-cü il tarixində başlanılıb.

Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Müştərilər dollar istiqrazlarını 29 okyabr 2024-cü il tarixinədək ən yaxın Kapital Bank filialından əldə edə bilərlər.

Ətraflı məlumat üçün: https://kbl.az/diit

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Exit mobile version