FinansMobil dünyaTəqdimat

Kapital Bank mesencer-botu təqdim etdi

Kapital Bank müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına diqqət ayıraraq, növbəti yeniliyi təqdim etdi. Belə ki, Facebook istifadəçiləri Kapital Bank-ın yeni “Aican” mesencer-botu ilə ünsiyyət qurub, ona BirKart məhsulu ilə bağlı suallarını verə bilərlər.

Mesencer-bot 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onlarıyönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir,həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.

Demo versiyada olan mesencer-bot hələlik yalnız BirKart-ın rəsmi Facebook səhifəsinə qoşulub. Yaxın gələcəkdə həmçinin Facebook istifadəçiləri Kapital Bank-ın rəsmi səhifəsində də botun “xidmətlər”indən istifadə edə biləcəklər.

Qeyd edək ki, son illər Kapital Bank müştəri xidməti keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirib: filial şəbəkəsinin və biznes proseslərin transformasiyası, ölkə üzrə hər yerdə filialların, bankomatların və ödəniş terminallarının mövcudluğu, 24 saat fəaliyyət göstərən 196 Sorğu Mərkəzi, müştərilərin filiala gəlmədən bir sıra bank əməliyyatlarını edə biləcək BirBank tətbiqi, QR Pay ödəniş sistemi, sayt və ya tətbiq üzərindən zəng, kredit sifarişi, onlayn növbə xidməti və s.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!