Idman

Karateçilərimiz Bakı birinciliyində güclərini sınayıblar

Sentyabr ayının 10-da Şağan Olimpiya İdman KompleksindəBAKI  Karate-do Akademiyasının “I Açıq Bakı çempionatı və Birinciliyi” keçirilib.

Bu yarışları keçirməkdə məqsəd ən güclünü müəyyən etmək və qarşıdakı yarışlarda yığma komandanın heyətini müəyyənləşdirməkdir.

Tədbirdə bir sıra incəsənət və iş adamları, media nümayəndələri və gənc karateçilərin valideynləri, yaxınları fəal iştirak edib.

Yarışda 23 klub və 350-dən çox karateçinin çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb..

Bir-birindən maraqlı və gərgin keçən mübarizədə günün sonuna yaxın qaliblər müəyyənləşib.

Qaliblər:

1-ci yer – Karate-do Akademiyası

2-ci yer – Qarabağ Karate Klubu

3-cü yer- Araz İdman Klubu.

Qaliblər fəxri diplomlar və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadədir.

PƏRVİN BAYRAMOV

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!