Idman

Karateçilərimiz VIII “Basel Open Masters” beynəlxalq turnirində

İsveçrənin Bazel şəhərində VIII “Basel Open Masters” beynəlxalq karate turniri keçiriləcək. İdmançılarımız bu yarışda iştirak etmək üçün Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İsveçrəyə yola düşüblər.

Federasiyadan bildiriblər ki, ənənəvi yarışda kişi idmançılarımızdan Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi -75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) güclərini sınayacaqlar. Qadın karateçilərimizdən isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!