Site icon Frame.az

Karateçilərimizin növbəti geyim dəstləri arasında “İl‘Azero” da olacaq

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Azərbaycanın ilk və yeganə idman geyimi brendi “İl‘Azero”nun təsisçisi İlqar İmamquliyevlə görüşüb.

Frame.az xəbər verir ki, federasiyanın ofisində görüşdə təşkilatın rəhbəri deyib: “Üç il əvvəl karateçilərin idman geyimləri arasında “İl‘Azero” brendi də olub və milli atributları özündə əks etdirən bu geyimlər xaricdəki yarışlarda maraqla qarşılanıb”.

İ.İmamquliyev yeni modellərdən ibarət kataloqda milli ornamentlər və atributları daha baxımlı şəkildə təqdim etdiklərini və Azərbaycanın dünya arenalarında yüksək nəticələr əldə edən federasiyalarından biri, AMKF ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib.

Federasiya prezidenti qarşıda milli komandaların geyim dəstləri ilə təchiz edilməsi üçün yenidən “İl‘Azero” milli idman geyimləri brendi ilə əməkdaşlıq edəcəyini qeyd edib.

Görüşün sonunda Y.Bəşirov və İ.İmamquliyev bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Exit mobile version