IdmanTəqdimat

Bakı Karate-do Akademiyasının prezidentindən illik hesabat

Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə 2020-ci ilin yekunları ilə bağlı yekun hesabat təqdim edib.

Hesabatda deyilir:

“2020-ci ildə, COVID-19 pandemiyası dövründə beş açıq çempionat və turnir təşkil etmişik.

Bu turnirlərdən dördü onlayn olaraq, Karatenin “kata proqramı” üzrə keçirilib.

Pandemiya dövründə ilk dəfə Respublika üzrə Açıq havada çempionat keçirmək də Bakı Karate-do Akademiyasına həvalə edilmişdir.

Həmin açıq çempionat avqust ayının 20-si 2020-ci il tarixində İsmayıllı rayon İdman Kompleksinin stadionunda, İyul döyüşlərində Tovuzda qəhramancasına  həlak olmuş şəhidimiz Xəyyam Daşdəmirovun xatirəsinə həsr edilmişdi.

Çempionatda 250 idmançı müxtəlif yaş və çəki kateqoriyalarında “kumite və kata” üzrə öz qüvvələrini sınayıblar.

Digər 4 turnir isə “Zoom” proqramı vasitəsi ilə onlayn keçirildi. İdmançılar kata nümayiş edərək mübarizə aparıblar.

Həmin turnirlərdə isə ümumilikdə 600-dən çox idmançı iştirak edib.

2020-ci ilin yekunlarını da onlayn vasitəsi ilə həyata keçirmişik. 54 məşqçi daxil olmaqla, 2020-ci ildə BKA ilə əməkdaşlıq edən 13 nəfər də müxtəlif nominasiyalar üzrə təltif edilib.

Onlayn turnirlərin keçirilməsi artıq pandemiya dövründə dünya təcrübəsində də var.

Onlayn vasitəsi ilə turnirlərin və tədbirlərin, görüşlərin keçirilməsi nə qədər çətin də olsa, məşqçiləri və idmançıları daim diqqətdə saxlamaq bizim əsas missiyamız olmuşdur və BKA bu öhdəliyi layiqincə icra etmişdir.

Bu tədbirlərin həyata keçirilməsində göstədikləri yüksək diqqət, qayğı və dəstəyə görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür edirik!

2021-ci il də Azərbaycan idmanına daha böyük uğurlar arzu edirik!”

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!