Site icon Frame.az

9-cu Uluslararası Turizm Karikaturaları Yarışmasında həmyerlimiz üçüncü yerə layiq görülüb

Türkiyədə Kültür və Turizm Bakanlığının dəstəyilə ənənəvi olaraq keçirilən 9-cu Uluslararası Turizm Karikaturaları Yarışması başa çatıb.

Bu il yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə qatılıb. Ölkəmizi bu yarışmada təmsil edən rəssam Soltan Soltanlı üçüncü yerə layiq görülüb. Qalibləri mükafatlandırma mərasimi İzmirdəki Four Points Sheraton otelində baş tutub. Yarışma ilə bağlı 6 gün davam edən tədbirlər aprelin 29-da başa çatıb.

Müsabiqədəki iştirakı ilə bağlı S.Soltanlı bunları deyib: “Hələ 2001-ci ildə bu ölkədə düzənlənən başqa bir beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdüm. Bu yarışmada isə hər il iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan ikisi 140 əsərlə final mərhələsinə adlayıb, sonda isə biri üçüncü yer qazanıb.”

Frame.az

Exit mobile version