Mobil dünyaTəqdimat

Kaspersky ən böyük kriptovalyuta platforması Indacoinin saxta əməliyyatlara qarşı qorunmasını gücləndirir

170-dən çox ölkədə bank kartları ilə dərhal kriptovalyuta satın alınmasını təmin edən Indacoin, öz təhlükəsizlik sistemini çoxsəviyyəli tranzaksiya qorunması həlli olan Kaspersky Fraud Prevention-a inteqrasiya etdirib. Onun köməyilə Indacoin, yüksək hədəfli saxta sxemləri, habelə müştəri cihazına uzaqdan girişlə həyata keçirilən əməliyyatları aşkar edə bilib.

Indacoin şirkəti bazara 2014-cü ildə addım atıb və səlahiyyətli fiat-kripto (qızıl və digər qiymətli metallarla təmin olunmayan valyuta) mübadiləsi sahəsindəki pionerlərdən biri hesab olunur. Bu gün bu platformada 100-dən çox kriptovalyuta qeydiyyata alınıb və xidmətin gündəlik dövriyyəsi 310,000 min ABŞ dollarına çatır.

Indacoin vasitəsilə əməliyyat icra edən iştirakçılar üçün məcburi prosedurlardan biri kimliyin yoxlanılmasıdır, buna görə də fərdi məlumatların təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Bundan əlavə, Indacoin təhlükəsizlik mexanizmləri ən yüksək beynəlxalq standartlara və 170-dən çox ölkənin gizlilik siyasətinə uyğun olmalıdır və eyni zamanda əməliyyat emalının sürətinə mane olmamalıdır. Bütün bu təqdimatı nəzərə alaraq, şirkət fırıldaq əməliyyatlarının qarşısının alınması üçün əsas komponenti Kaspersky Fraud Prevention olan kompleks bir sistem yaradıb. O, istifadə edilən cihazın növündən asılı olmayaraq, tranzaksiyanın bütün mərhələlərində onlayn ödənişlərin çoxsəviyyəli qorunmasını təmin edir. Platformaya ödəniş emalı zamanı boz sxemləri tanımaq üçün server həlləri, öz müdafiə mexanizmlərini yaratmaq üçün alətlər, həmçinin təşkilatlar üçün anomaliyaları izləmək və onlara nəzarət etmək vasitələri daxildir ki, onlar vasitəsilə şübhəli fəaliyyətlərin qarşısını erkən mərhələdə almaq mümkündür.

“Kriptomühit bir sıra xüsusiyyətlərə malikdir, lakin ümumilikdə Indacoin maliyyə qurumlarının əsas risklərini bölüşür: kartların və ödəniş məlumatlarının təhlükəsizliyi, fərdi istifadəçi hesablarının etibarlılığı və müştəri vəsaitlərinin təhlükəsizliyi. Lakin kriptovalyuta və rəqəmsal bankçılıq seqmentlərində kiber fırıldaqçılıqla mübarizənin klassik üsulları həmişə işləmir: təcavüzkarlar texnologiyanın inkişafına çox tez reaksiya verir və yeni hücum ssenariləri yaradırlar. Kaspersky Fraud Prevention həlli, Indacoin təhlükəsizlik sistemini platformanın kiber cinayətkarlardan bir addım öndə olmasına və müştərilərin təhlükəsizliyini təmin etməyə imkan verən yeni bir səviyyəyə çıxarmağa kömək etdi,” deyə Indacoin-in tərəfdaşlarla iş üzrə direktoru Ənvər Sidorov bildirib.

“Kriptovalyuta bazarı gənc və yenilikçi bir sahədir, onun tənzimləmə sistemində təcavüzkarlar tərəfindən istifadə olunan bir çox kor zonalar var. Kaspersky Fraud Prevention həlli, əməliyyatların sürətini yavaşlatmadan və müsbət istifadəçi təcrübəsini saxlayaraq, fırıldaqçılıq hərəkətlərinin qarşısının alınmasında öz effektivliyini sübut edib,” Kaspersky Fraud Prevention biznesinin inkişafı üzrə menecer Yekaterina Danilova deyib. “Həll yollarımızın istifadəsi elə ilk aydaca təhlükəsizlik sisteminin səmərəliliyini 38% artırdı. Ən gözə çarpan nəticə, müştərinin kompüterinə və ya smartfonuna uzaqdan girişlə edilən əməliyyatların aşkarlanması oldu.”

Kaspersky Fraud Prevention haqqında daha çox məlumat əldə etmək üçün kfp.kaspersky.com saytına daxil ola bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!