Kaspersky 2022-ci ildə 100-dən çox patent əldə edib

2022-ci il ərzində Kaspersky 111 patent alıb və 54 yeni patent üçün müraciət təqdim edib. Bu yaxınlarda dərc edilmiş patentlərdən 47-si ABŞ Patent və Əmtəə Nişanları İdarəsi, 31-i Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidməti, 23-ü Çin Dövlət Əqli Mülkiyyət İdarəsi, səkkizi Avropa Patent İdarəsi və ikisi Yaponiya Patent Ofis tərəfindən təsdiqlənib.

Ötən il qeydə alınan innovasiyaların əksəriyyəti kibertəhlükəsizlik sahəsinə dair texnologiyaları əhatə edir. Bunlar maşın öyrənməsi, bulud infrastrukturu, təhlükəsizlik hadisələrinin idarə edilməsi (SIEM) və zərərli proqramların aşkarlanması ilə əlaqədar, həmçinin spam əleyhinə tətbiq olunan texnologiyalardır. Bundan əlavə, Kaspersky məlumatların ötürülməsi, reklamların bloklanması və mülki pilotsuz uçan aparatların aşkarlanması üçün həllər ilə bağlı texnologiyalar da daxil olmaqla, digər sahələrdə də öz ixtiralarını fəal şəkildə patentləşdirib.
İnnovasiya – Kaspersky-nin aparıcı İT şirkəti kimi inkişafında mühüm rol oynayır, onun mütəxəssisləri daim kibertəhlükəsizlik sənayesinin inkişafı üçün yeni texnologiyaların yaradılması və tətbiqi üzərində çalışırlar. Şirkət mütəmadi olaraq öz ekspert həlləri və eksperimental tədqiqatları ilə bağlı sahələr üzrə patent müraciətləri edir.

“Bu ilki nəticələr Kaspersky-nin dünyanın müxtəlif texnologiya sahələrində düşüncə liderliyini və innovasiyaları həyata keçirmək öhdəliyini bir daha təsdiqləyir. KasperskyOS, EDR, KUMA, mobil inkişaf, məzmun filtrasiyası və təhdidlərin təhlili daxil olmaqla, artıq şirkət daxilindəki müxtəlif komandalardan çoxlu yeni ideyaların daxil olduğunu nəzərə alsaq, gələn il daha çox patent ərizəsi təqdim edəcəyimizə ümid edirik”, – deyə şirkətin Əqli Mülkiyyətin Strateji İnkişafı Şöbəsinin rəhbəri Anton Tixomirov qeyd edir.

Yarandığı gündən etibarən Kaspersky bütün dünyada, o cümlədən Avropa İttifaqı, Çin, Rusiya, ABŞ və Yaponiyada 1300-dən çox patent əldə edib. Kaspersky texnologiyaları haqqında ətraflı məlumatı şirkətin saytından öyrənə bilərsiniz.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: