2021-ci ildən etibarən avtomobil sənayesindəki kiber təhdidlərə dair Kaspersky-nin xüsusi analitik hesabatları geniş müştəri auditoriyasına təqdim edilib. Bu xidmətin bir hissəsi olaraq, şirkətlər avtomobilin elektron sistemlərinə hücumlar hazırlamaq üçün kiber cinayətkarlar tərəfindən hansı məlumatların istifadə edilə biləcəyi kimi sənayeyə xas təhdidlərhaqqında məlumatlar, yeni təhdidlər barədə ani bildirişlər və onlara qarşı mübarizə haqqında tövsiyələr ala bilərlər.
Bu gün kiber cinayətkarlar daim yeni texnika icad etdikləri üçün avtomobillərin informasiya təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirilir. Bundan əlavə, sənayedə yeni qanuni tələblər ortaya çıxır.
Kiber təhlükə barədə məlumatlandırma xidmətinin köməyi ilə nəqliyyat vasitələri istehsalçıları və təchizatçıları sənayeyə təsir edə biləcək mövcud problemlər haqqında öyrənə və vaxtında lazımi tədbirlər görə biləcəklər. Hər bir hesabat özündə yalnız ümumi icmal və tendensiyanın təhlilini deyil, həm də nəqliyyat vasitələrinə və əlaqəli infrastruktura xas təhlükələr və zəifliklər barədə məlumatları ehtiva edir. Hesabatlarda həm də ictiamiləşmiş hadisələr, müstəqil tədqiqatçıların nəşrləri, iri sənaye şirkətlərinin məruzələri, ixtisaslaşmış konfranslardan çıxışlar, xüsusi forumlarda və “darknet”-in qapalı meydançalarındakı müzakirələr, həmçinin avtomobilin elektron sistemlərinə potensial hücum vektorlarını tətbiq edən açıq şifrəli alətlər və onun xarici infrastrukturu nəzərdən keçirilir.
Hesabat hazırlanan zamanəgər mütəxəssislər dərhal cavab tələb edən bir təhdid aşkar edərlərsə, müştərilərə bu barədə təcili bildiriş göndərilir.
“Müasir avtomobillərdə getdikcə daha çox texnologiya istifadə olunur, buna görə də nəqliyyat sənayesi yalnız qanuni tələblərə əməl etməməli, həm də elektron idarəetmə bölmələrindəki zəifliklərdən tutmuş nəqliyyat vasitələri ilə digər yol infrastrukturu obyektləri arasında məlumat mübadiləsi üçün nəzərdə tutulan V2X sistem* komponentlərinə hücumlara qədər mümkün kiber risklərdən xəbərdar olmalıdır. Hesabatlarımız təşkilatlara bu problemləri həll etməyə kömək edir,” deyə Kaspersky-nin nəqliyyat sistemləri şöbəsinin müdiri Sergey Zorin bildirib. “Bu hesabatlar ən yeni kiber təhdidləri öyrənməklə yanaşı, onların hansı zərərləri verə biləcəyini də anlamağa imkan verir. Avtomobil bazarı iştirakçılarının müştərilərə və ya şirkətin işinə təsir göstərə biləcək potensial riskləri azaltmaq üçün kifayət qədər vaxt əldə edə bilməsi üçün,bu xidməti təkmilləşdirməyə davam edirik.”
Avtomobillər üçün kiber təhdidlər barədə analitik hesabatlar haqqında daha çox öyrənmək üçün bu linkə keçid edə bilərsiniz: https://www.kaspersky.ru/enterprise-security/transportation-security.
*Vehicle to everything (V2X) —nəqliyyat vasitələrinin bütün növ kommunikasiyaları üçün ümumi anlayış (infrastrukturla, insanlarla, digər nəqliyyat vasitələrilə və s. daxil olmaqla).