EventsMobil dünyaTəqdimat

Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələdə Windows 7 istifadə olunur

Kaspersky-nin statistik məlumatına görə, Azərbaycanda kompüterlərin 42%-də hələ də baza dəstəyi 2020-ci ilin yanvarında başa çatmış Windows 7 əməliyyat sisteminə quraşdırılıb.

Əməliyyat sisteminin köhnəlmiş bir versiyası yaxşı işləyə bilər, lakin əgər o, artıq dəstəklənmirsə, ona hücum etmək daha asandır. Sistemin ömrü bitdikdə, zəifliklər olduğu kimi qalır, onlar üçün yamaqlar (patch) buraxılmır, bu da təcavüzkarların məlumat əldə etməsini asanlaşdırır.

Ev istifadəçiləri arasında Windows 7 istifadə edənlərin payı 48%, kiçik və orta sahibkarlar arasında – 14%, mikrobiznes nümayəndələrində isə 30%-dir. Kiçik müəssisələrin əməliyyat sistemini müasir səviyyədə saxlaması xüsusilə vacibdir, çünki onlar kiber təhlükəsizliklə mübarizə üçün ayrıca resurslara sahib deyillər. Hazırda şirkətlər Windows 7 üçün dəstəyi pullu əsaslarla yeniləyə bilərlər, ancaq bu yalnız 2023-cü ilə qədər mümkün olacaq.

Windows – XP-nin baza dəstəyi 2014-cü ildə başa çatan daha köhnə versiyasını işlədən istifadəçilər və şirkətlər də var. Ancaq onların payı 1%-dən azdır. İstifadəçilərin demək olar ki yarısı (48%) əməliyyat sisteminin ən son və ən etibarlı versiyası olan Windows 10-dan istifadə edir.

“Bir çox istifadəçilər interfeysdə və funksionallıqda baş verə biləcək dəyişikliklərdən qorxaraq və ya sadəcə dəyərli iş vaxtını buna sərf etmək istəmədikləri üçün əməliyyat sistemini yeniləməyə tələsmirlər. Təcavüzkarların sistemə nüfuz edə biləcəyi zəifliklərə səbəb olan sistem xətalarını düzəldən məhz yeniləmələrdir. Sistemi vaxtında yeniləməlisiniz, heç bir halda, ən azı kritik yeniləmələrin quraşdırılmasını təxirə salmayın,” deyə Kaspersky-nin mütəxəssisi Oleq Qorobets bildirib. “Anlamaq lazımdır ki, bir zəiflik barədə məlumat geniş ictimaiyyətə məlum olan kimi, bir çox kiber cinayətkarlar sistemi vaxtında yeniləyə bilməyənlərə “ümid bəsləyərək”, hücumlar üçün bundan fəal şəkildə istifadə etməyə başlayır. Əgər əməliyyat sisteminə dəstəyin tezliklə dayandırılacağını bilirsinizsə və başqa bir çıxış yolu yoxdursa, cihazın yenilənməsi də daxil olmaqla, onun vaxtında dəyişdirilməsi üçün tədbirlər planlaşdırmalısınız. Yeniləmələri qəbul etməyən sistemlərdən istifadə etmək, evin qapısını açıq saxlamaq kimidir: gec-tez arzuolunmaz biri daxil ola bilər.”

Kaspersky şəxsi istifadəçilər və təşkilatlara tövsiyə edir:

istehsalçı tərəfindən dəstəklənən əməliyyat sisteminin aktual versiyasını istifadə edin;

əməliyyat sistemi istehsalçısı tərəfindən təklif olunan yeniləmələrin öncədən sınanması mümkün olmadıqda, avtomatik yeniləmə funksiyasını aktivləşdirin;

əgər əməliyyat sistemini hər hansı bir səbəbdən ən son versiyaya yeniləmək mümkün deyilsə, təşkilatlar bunu öz təhdid modelində nəzərə almalı və internetdə işləməklə əlaqəli tapşırıqları dayandıraraq zəif qovşaqları şəbəkənin qalan hissəsindən ayırmalıdırlar;

köhnəlmiş əməliyyat sistemləri olan cihazların qorunmasını tam və səmərəli işləyə bilən müasir bir həll ilə təmin edin. Aşağı performanslı cihazlarda və köhnəlmiş əməliyyat sistemlərinin nəzarəti altında səmərəli işləyən Kaspersky Embedded Systems Security kimi bir həll bu işdə kömək edə bilər;

əgər sistem imkan verirsə, sahibkarlar və mikrobiznes üçün Kaspersky Small Office Security, kiçik və orta biznes üçün Kaspersky Security Cloudvə daha inkişaf etmiş IT infrastrukturu olan şirkətlər üçün nəzərdə tutulan biznes üçün Kaspersky Security kimi davranış analizi və zəifliklərin istismarının qarşısının alınması texnologiyaları ilə təchiz olunmuş qabaqcıl həllərdən istifadə edin. Bu həllər dəstəklədikləri (Windows 7 və daha əvvəlki) sistemlərdəki düzəldilməmiş zəifliklərdən istifadə riskini azaltmağa kömək edir.

* Bulud əsaslı sistem Kaspersky Security Network-dən əldə edilmiş anonim statistik məlumatlar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!