EventsMobil dünyaTəqdimat

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqların əsas metodlarını aydınlaşdırıb

Kaspersky son altı ay ərzində kibercinayətkarların internetdə azərbaycanlılara hansı aralıqlarla hücum etdiyini aydınlaşdırıb, həmçinin ən populyar fırıldaqçılıq sxemlərini təsvir edib. Bu müddət ərzində *şirkət ölkədə fişinq səhifələrinə 115 mindən çox, skam resurslarına isə 36 mindən çox keçid cəhdini bloklayıb. Kaspersky-nin məlumatına görə 2021 -ci ilin ilk altı ayında Azərbaycanın poçt trafikində spamın payı 29% olub.

İlin ilk yarısında 2020-ci il tendensiyalarının böyük əksəriyyəti olduğu kimi qalıb: kiber cinayətkarlar hələ də COVID-19 və peyvənd mövzusundan fəal şəkildə istifadə edir və kompensasiya vəd edir, korporativ istifadəçilərə hücumlar üçün çox yüksək keyfiyyətdə məktublar yaradır və onlayn mağazaların saxta versiyalarını tərtib edirlər. Bundan əlavə, 2021 -ci ilin ikinci rübündə bulud xidmətləri ilə bu və ya digər şəkildə bağlı olan göndərişlərə əlavə olaraq, iş yazışması adı altında gizlədilən və zərərli proqramlara keçidlər ehtiva edən məktublar da müəyyən edilib.

Minimum səylə sürətli qazanc əldə etmək təklifləri ən çox yayılmış fırıldaqçılıq növlərindən biri olaraq qalmaqdadır. Bu ilin ikinci rübündə kiber cinayətkarlar “asan pul” əldə etmək metodlarının növlərini artırmaq qərarına gəliblər. Məktub ünvanlanan şəxslərə təbii qaynaqlara (neft, qaz və s.) və ya bu qaynaqlar tərəfindən dəstəklənən kriptovalyutalara maliyyə yatırımı etmək təklifi edilib. Bundan əlavə, qaz mövzusu kompensasiya təklif edilən adəti sxemlərdə də ortaya çıxıb. Təklifləri daha inandırıcı olsun deyə,kiber cinayətkarlar böyük şirkətlərin markalarından istifadə ediblər. Bununla da, yatırımları qəbul edən saytlar, fırıldaqçıların onun mövcud olduğu müddət ərzindəqurbanlardan əldə edə bildikləri pulları ilə birlikdə tez bir zamanda yoxa çıxıblar.

Zərərli proqramlara gəldikdə, 2021 -ci ilin ikinci rübündə kiber cinayətkarlar spamlarla birlikdə ən çox Badun ailəsinin troyanlarını göndəriblər (7%). Elektron sənəd kimi gizlədilən bu zərərli proqramlar tez-tez arxivlərdə paylanılır. İlk üçlükdə, həmçinin hesab məlumatlarını oğurlamaq üzrə ixtisaslaşan Ageslatroyanı (7%) və Windows tapşırıq planlayıcısını istismar edən Taskun ailəsi (4%) qərarlaşıb.

“Fırıldaqçıların qurbanı olmamaq üçün kart məlumatlarını daxil etməzdən əvvəl saytın ünvanına diqqət yetirməlisiniz. Poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməməyi, şübhəli saytlardakı reklam bannerlərinəklikləməməyi məsləhət görürük. Onlayn alış-veriş üçün başqa bir kart, məsələn, virtual kart əldə etməkvə hesabda kiçik məbləğlər saxlamaq, həmçinin gündəlik məxaric limitləri təyin etmək daha yaxşı olar. Fişinq saytına keçid cəhdlərini və ya zərərli reklam bannerləriniönləyən bir təhlükəsizlik həlli quraşdırmaqda da fayda var”, – deyə Kaspersky-ninAzərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky, istifadəçilərə informasiya təhlükəsizliyinin əsas qaydalarını xatırladır:

məktublarda, sosial şəbəkələrdə və messencerlərdə göndərilən, xüsusilə tanımadığınız adamlardan gələn linklərə keçid etməzdən əvvəl onların ünvanlarını diqqətlə yoxlayın;

bütün hesablarınız üçün fərqli etibarlı şifrələrdən (müxtəlif ölçülü hərflər, rəqəmlər və simvollardan ibarət 12 dimvollu şifrə) istifadə edin;

mobil cihazlar da daxil olmaqla, cihazlarınıza, məsələn, Kaspersky Internet Security kimi etibarlı qoruma həlli quraşdırın.

Biznes üçün bir neçə əlavə tövsiyə də var:

rəqəmsal mühitdə praktiki davranış vərdişləri aşılayan müntəzəm rəqəmsal savadlılıq təlimləri keçin (məsələn, bunu Kaspersky Automated Security Awareness Platform-un köməyilə edə bilərsiniz). Fidyə proqramlarından qorunmaq üçün pulsuz kursu burada görə bilərsiniz;

cihazın itirilməsi və ya məlumat sızması hallarına qarşı qiymətli sənədlərinizin ehtiyat nüsxəsini yaradın və onları şifrələyin;

proqram təminatını müntəzəm olaraq yeniləyin: bu yeniləmələrdə istehsalçılar təcavüzkarların istifadə edə biləcəyi potensial proqramın zəifliklərini aradan qaldırır;

hərtərəfli qorunma üçün, məsələn, Kaspersky Endpoint Security kimi sadə idarəetmə və sınaqdan çıxmış funksiyalara malik uyğun bir həll seçin.

* Məlumatlar 2021-ci ilin yanvar-iyun aylarında Kaspersky həll geridönüşləri əsasında tərtib edilən anonimləşdirilmiş statistika əsasında əldə edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!