EventsMobil dünyaTəqdimat

Kaspersky beynəlxalq G2 Crowd platformasına görə təhlükəsiz son nöqtələr sahəsində liderdir

Biznes proqram təminatı üzrə beynəlxalq tövsiyə platforması olan G2-yə görə Kaspersky son nöqtələrin müdafiəsi üzrə lider şirkətə çevrilib. Bu əsnada Biznes üçün Kaspersky Security həlli “2022 Summer Awards” mükafatına layiq görülüb. Söhbət həm müəssisələr, həm də kiçik bizneslər üçün həllərin dəstlərinin çatdırılmasından gedir. Kaspersky məhsulu öz kateqoriyasında ən sürətli yerləşdirmə və tətbiqetmə müddətinə malik olduğu üçün yüksək qiymətləndirilib və həmçinin kiçik biznesin son nöqtələrinin qorunmasında ən yaxşı investisiya rentabelliyi (ROI) nəticəsini göstərib.

Son nöqtə işçilərin şəbəkəyə qoşulmaq və ünsiyyət məqsədilə istifadə etdiyi hər hansı bir cihazdır. Bir qayda olaraq, təcavüzkarlar ilk növbədə işçilərin iş cihazlarına – kompüterlərə, noutbuklara, smartfonlara hücum edirlər. Endpoint Protection Platforms həlli insidentlərin qarşısını almaq üçün maşın öyrənməsi və çevik idarəetmə texnologiyalarının köməyilə son nöqtənin müdafiəsini təmin edir.

Rüblük olaraq G2 tövsiyə platforması şirkətlərə müəyyən bir sahədə ən yüksək reytinqli həllər tapmağa kömək etmək üçün müxtəlif sahələrdə ən yaxşı təchizatçıları seçir. Son qiymətləndirmədə 1,7 milyondan çox real istifadəçinin rəyi nəzərə alınıb.

“2022 Summer Awards” mükafatının nəticələri G2 Crowd platformasının istifadəçilərinin reytinqlərinə və rəylərinə əsaslanır. Məsələn, Kaspersky Security for Business öz kateqoriyasında ən çox reytinqə sahib olub.

Kaspersky Security for Business proqramının virus aşkarlama imkanlarını yüksək qiymətləndirən istifadəçilərdən biri onu son nöqtələrin müdafiəsi üzrə ən yaxşı həll adlandırıb. Digər biri isə istifadənin asanlığını və təhlilin əhatə dairəsini vurğulayaraq, məhsulun kibertəhlükəsizlik mütəxəssislərinə korporativ şəbəkəni daha dərindən başa düşməyə imkan verən əla interfeys və qrafikaya malik olduğunu qeyd edib. Eyni rəydə sistemin zərərli proqramları aşkar etmək qabiliyyətinin, xüsusən də EDR baxımından bir çox digər rəqiblərdən qat-qat üstün olduğunu qeyd edilib. Biznes üçün Kaspersky Security hazırda ən yüksək 103 reytinqinə malikdir.

“Fəxr edirik ki, həllimiz son nöqtə təhlükəsizliyində lider kimi tanınıb, xüsusən də bunda müştərilərimizin dəyərləndirmələri əsas rol oynayıb. Biz istifadəçi rəyi əsasında məhsul və xidmətləri təkmilləşdirməyə davam edirik və bunun işə yaradığını görməkdən məmnunuq. Bu gün son nöqtə təhlükəsizliyi bir çox texnologiyaların istifadəsinə əsaslandığı üçün müəssisənin hərtərəfli mühafizəsini təmin edən əsas sahədir. Məsələn, Biznes üçün Kaspersky Security həlli təhdidlərin qarşısının alınması funksionallığına əlavə olaraq, mürəkkəb hücumların aşkarlanması və cavablandırılması (EDR) üçün daxili imkanlara malikdir və həmçinin müəssisənin hərtərəfli müdafiəsini təmin edən Kaspersky Symphony XDR platformamız üçün telemetriya çatdırılması sensoru və cavab tədbiri agentidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!