EventsMobil dünyaTəqdimat

Kaspersky Cyber Immunity® ticarət nişanını Avropada qeydiyyatdan keçirib

2022-ci ilin oktyabr ayında Avropa Ittifaqının Əqli Mülkiyyət İdarəsi KASPERSKY CYBER IMMUNITY® ticarət nişanını qeydiyyata alıb. Nişan bütün Avropa İttifaqında etibarlıdır. Şirkət daha əvvəl ABŞ və Böyük Britaniyada oxşar ticarət nişanlarını və Rusiyada Cyber ​​Immunity-ni qeydiyyatdan keçirib. Bu prosedur Kaspersky-yə  Kaspersky Cyber ​​Immunity-dən məhsullarının identifikasiyası üçün  müstəsna istifadə hüququ verir.

Kiberimmunitet konsepsiyası Kaspersky tərəfindən hazırlanıb və KasperskyOS əməliyyat sisteminin əsasını təşkil edir. Şirkətin kiberimmun həlləri Secure-by-Design prinsipinə uyğun şəkildə hazırlanıb. Bu yanaşma çərçivəsində kibertəhlükəsizlik mexanizmləri artıq İT həllinin dizayn mərhələsində yaradılır. Bu, potensial zəifliklərin sayını minimuma endirməyə və sistemə müdaxilə ehtimalını demək olar ki, sıfıra endirməyə imkan verir.

Mütəxəssislərin proqnozuna görə, Secure-by-Design yanaşması gələcəkdə inkişaf dövrünün aparıcı elementinə çevriləcək. Bəzi tənzimləyici qurumların sənədləri, məsələn, Avropa Komissiyası tərəfindən bu yaxınlarda təklif olunan Kiber Dayanıqlılıq Aktı (Cyber Resilience Act, CRA) qanunu, artıq yanaşmanın təsvirini ehtiva edir. AWS kimi proqram tərtibatçıları artıq öz xidmətlərinin yaradılmasında üçün Secure-by-Design təcrübəsindən istifadə edirlər.

Texnologiya sahəsində çalışan tədqiqat və konsaltinq agentlikləri də kiberimmun yanaşmanın dəyərini dərk edirlər. ARC Advisory Group  konsaltinq qrupu kiberimmuniteti sənaye IoT (əşyaların interneti) üçün ən yaxşı təcrübə adlandırır. Gartner tədqiqat şirkəti rəqəmsal immun sistemləri 2023-cü il üçün strateji texnologiya tendensiyalarından biri kimi qeyd edir.

Kiberimmunitet, İT məhsulunun əlavə (quraşdırılmış) təhlükəsizlik vasitələrindən, məsələn, antivirusdan istifadə etmədən kiberhücumlara tab gətirmək qabiliyyətini nəzərdə tutur. Kiberimmun sistemə edilən hücum növlərinin böyük əksəriyyəti səmərəsiz olacaq və onun həyati vacib funksiyalarının yerinə yetirilməsinə təsir göstərə bilməyəcək. İT məhsulları KasperskyOS-dan inkişaf platforması kimi istifadə etməklə və həllin yaradılması zamanı xüsusi metodologiyaya riayət etməklə kiberimmunitet qazana bilər. Bu metodologiyaya İT məhsulunun təhlükəsizlik məqsədləri və əməliyyat şəraitinin müəyyən edilməsi, sistemin təcrid olunmuş təhlükəsizlik domenlərinə bölünməsi və bu domenlər arasında məlumat axınlarına nəzarət daxildir.

“KASPERSKY CYBER IMMUNITY® ticarət nişanının Aİ-də qeydiyyata alınması komandamız üçün mühüm addımdır. Biz, müştərilərimiz və bazar ekspertləri üçün bu, KasperskyOS-a əsaslanan məhsulların beynəlxalq səviyyədə tanınan unikal xüsusiyyətə malik olmasının növbəti təsdiqidir. Kiberimmun yanaşma əksər kibertəhlükələrin həm fərdi cihazların, həm də korporativ İT sistemlərinin təhlükəsizliyinə qarşı təsirsiz olmasını təmin edir. Bu, təkcə təşkilatların rəqəmsal transformasiyasına töhfə vermir, həm də bizə daha təhlükəsiz rəqəmsal dünya qurmağa kömək edir”, – deyə” Kaspersky-nin baş direktoru Yevgeni Kasperski qeyd edir.

Kiberimmunitet anlayışı və KasperskyOS əməliyyat sistemi haqqında ətraflı məlumatı şirkətin saytından əldə edə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!