Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

Kaspersky, World Chess (FİDE-nin rəsmi yayım quruluşu) tərəfindən hazırlanmış FIDE Online Arena platformasını kiber təhdidlərdən qoruyacaq. Bu, dünyada milyonlarla şahmatçıya rəsmi onlayn FİDE reytinqini qazanmaq və onlayn usta və ya qrossmeyster titulu qazanmaq imkanı verəcəkdir.

Kaspersky mütəxəssisləri mümkün boşluqları müəyyən etmək üçün platformanın təhlükəsizliyini qiymətləndirib və təhlükəsizlik səviyyəsini artırmaq üçün bir sıra tövsiyələr hazırlayıb. Bundan əlavə, Kaspersky, təcavüzkarların fəaliyyətinin vaxtında aşkarlanmasını və trafik süzgəci mexanizmlərinin vaxtında tətbiq edilməsini təmin edən müxtəlif texnikaların köməyilə saytın yüklənməsini analiz edərək, oyun platformasını DDoS hücumlarından qoruyacaq. World Chess üçün bu həllin əhəmiyyətli xüsusiyyəti, hücumların və onları dəf etmək metodlarının peşəkar təsdiqidir ki, bu da saxta müsbət nəticələrin kifayət dərəcədə az nisbətinə nail olmağa imkan verir. Bu o deməkdir ki, qanuni istifadəçilər hücum zamanı da portala daxil ola biləcəklər.

“Bütün böyük idman tədbirləri təxirə salındığından milyonlarla idman həvəskarı onlayn oyunlara keçib. Təcavüzkarlar da bu vəziyyəti diqqətə alıblar. Hakerlər şifrələr və loginləri, oyundaxili məhsullarını oğurlamaq və ya bank hesablarına daxil olmaq üçün müxtəlif növ zərərli proqramlardan istifadə edərək oyun platformalarına hücum edirlər.

FIDE Online Arena platformasının istifadəyə verilməsi şahmatın inkişafında böyük bir addımdır və qrossmeyster adını qazanmağa çalışan minlərlə istifadəçini qorumaqdan qürur duyuruq,” deyə Kaspersky-nin biznesin inkişafı üzrə direktoru Aleksandr Moiseyev bildirib.

2017-ci ildən bəri Kaspersky, dövri çempionat turnirləri təşkilatçısı World Chess-i, eləcə də onun informasiya təhlükəsizliyi sahəsindəki tərəfdaşlarını dəstəkləyir. Şirkət FİDE, milli şahmat federasiyaları və oyunçular üçün qoruma həlləri təqdim edir, həmçinin onlar üçün kiber təhlükəsizlik təlimləri keçir.

2016-cı ilin sonunda Kaspersky şahmat tarixinin ən gənc qrossmeysteri və vitse dünya çempionu Sergey Karyakinin sponsoru oldu. Bundan əlavə, 2012-ci ildən etibarən şirkət gənc şahmatçılar Andrey Çvetkov və Mixail Antipovun beynəlxalq turnirlərdə iştirakını dəstəkləyir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!