EventsMobil dünyaTəqdimat

Kaspersky fişinqin messencerlər vasitəsilə necə yayıldığını aşkarlayıb

Kaspersky 2020-ci ilin dekabrından 2021-ci ilin mayına qədərki dövrdə* dünyaca məşhur messencerlər vasitəsi ilə fişinq hücumlarının dinamikasını araşdırıb və fişinq linklərinin ən çox WhatsApp vasitəsilə yayıldığını aşkar edib – qeydə alınan halların demək olar ki 90% -i.

WhatsApp-la yanaşı, kiber cinayətkarlar Telegram və Viber-dən də istifadə ediblər: analoji hücumların müvafiq olaraq 6% və 5%-i onların payına düşür. Ümumilikdə, Kaspersky həlləri hər gün dünyada 480 bu cür hadisəni qeydə alıb.

“Fişinq istifadəçilərin şəxsi məlumatlarını təcavüzkarlara özlərinin verdiyi populyar bir fırıldaqçılıq metodudur. Bu metod çoxdan bəri məlumdur, amma insanlar ona aldanmağa davam edirlər. Bu cür saxtakarlığa hər yerdə rast gəlmək olar: e-poçtda, SMS-də, sosial şəbəkələrdə, messencer mesajlarında. Pandemiya və təcrid tədbirləri fonunda messencerlər daha da populyarlaşırlarvə təcavüzkarlar bundan yeni qurbanlar tapmaq üçün istifadə edir”, -deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsiMüşviq Məmmədov bildirib.

Şirkətin mütəxəssisləri tövsiyə edir:

şəbəkədə ayıq-sayıq olun və linklərə keçməzdən əvvəl onlarda yazı xətaları və ya digər uyğunsuzluqlar olub-olmadığını yoxlayın. Əgər link sizdə şübhə yaradırsa, saytı axtarış mühərrikləri vasitəsilə axtarmaq və bütün simvolları müqayisə etmək lazımdır;

şübhəli linkləri yaymayın, çünki fişerlər tez-tez istifadəçilərdən zərərli linki öz kontakt siyahısı ilə paylaşmalarını istəyirlər, çünki bilirlər ki, insanlar onlara tanışları tərəfindən göndərilənlərə daha çox etibar edirlər;

şəxsən tanıdığınız insanlardan gəlsə belə, şübhəli mesajlar alan zaman (əsasən borc almaq istəyilə) diqqətli olun, çünki dostlarınızın və tanışlarınızın hesablarının sındırılması ehtimalı həmişə mövcuddur;

asan qazanc təklifləri, uduşlar haqqında ismarışlar, pulsuz nələrsə vəd edən bildirşlər barədə ehtiyatlı olun;

əksər fırıldaqçılıq resurslarını avtomatik bloklayan etibarlı qoruma həllərindən, məsələn, Android üçün Kaspersky Internet Security – dən istifadə edin

* 2020-ci ilin dekabrından 2021-ci ilin mayına qədərki dövr üçün anonimləşdirilmiş statistika. Məlumatlar, Android üçün Kaspersky Internet Security həllindəki Safe Messaging komponentininemalıəsasındaəldəedilib. Bu komponentistifadəçiləriənçoxtanınanmessencerlərdəfişinqvəzərərlilinklərəkeçidetməkdənqoruyur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!