Təcavüzkarlar istifadəçilərin məlumat və pullarını əldə etmək üçün ən fərqli sxemləri sınamağa davam edirlər. Belə ki, 2021-ci ilin yanvarından etibarən Kaspersky mütəxəssisləri rus dilində yazılmış 20 skam resurs*aşkarlayıblar ki, bunlar da cookie-faylların** satıldığı birjalar tərəfindən təmsil edilirlər. İstifadəçilərə bu cür məlumatların satışı üçün gündəlik 5,000 ABŞ dollarına qədər səxavətli pul mükafatları təklif edilib.
Əgər isifadəçi yalançı təklifə aldanıb linkə keçid edirsə, onu bazar qiymətini hesablamaq üçün guya onun cihazındakı cookie-faylları oxumağa imkan verən xüsusi xidmətin olduğu saxta bir səhifəyə yönləndirirlər. Təcavüzkarlar qurbanı 700-2000 ABŞ dolları aralığında orta məbləğlə cəlb edirlər. Rəqəmi göstərərək istifadəçiyə cookiefayllarını guya müxtəlif şirkətlərin iştirak etdiyi qurama bir hərracda satışa qoymağı təklif edirlər. Təcavüzkarlar qurbanı faylların ən yüksək qiymət təklif edənə satılacağına əmin edirlər.
Cookie-fayllar satılan birjalar tərəfindən təmsil olunan skam resurs nümunəsi
“Əgər qurban təkliflə razılaşırsa, ondan ödəniş rekvizitlərini sistemdəki hesaba əlavə etməsini istəyirlər. Bu, şəxsi kabinet balansına 6 avro yükləməklə baş tutur və fırıldaqçılar bu məbləğin qazanılmış pullarla birgə bir neçə dəqiqə ərzində geri qaytarılacağını bildirirlər. Balans artımı zamanı həmçinin bank kartı məlumatlarını daxil etmək lazım gəlir. Nəticədə istifadəçi heç bir ödəniş əldə etmir, 6 avro və ödəniş məlumatları isə təcavüzkarların əlinə keçir”, – deyə Kaspersky-nin baş məzmun təhlilçisi Tatyana Şerbakova bildirib.
Mütəxəssislər onlayn təhlükəsizliyin əsas qaydalarını xatırladır:
elektron poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə keçid etməyin;
qəfil böyük məbləğli uduş və ya ödəniş təklif edən mesajlara şübhə ilə yanaşın;
lotereya, uduş və aksiyalar haqqında istənilən bildirişi mağazaların rəsmi saytlarında yoxlayın;
fişinq və ya skam saytlara keçidin qarşısını alan, məsələn, Kaspersky Internet Security kimi etibarlı qoruma həlli quraşdırın.
* 2021-ci ilin yanvar-sentyabr aylarında Kaspersky həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikası əsasında əldə edilmiş məlumat
**Cookie faylları —veb saytlar tərəfindən məlumatların istifadəçinin cihazında saxlanılması üçün tətbiq edilən və şəbəkədən istifadəni rahatlaşdıran kiçik məlumat fraqmentləridir (məsələn, onların köməyilə saytlar şəxsin hesaba daxil olduğunu yadda saxlayır və səhifəni hər dəfə yükləyərkən şifrə daxil etməyi tələb etmir).