Mobil dünyaTəqdimat

Kaspersky izləyici nişanlar üzərindən təqibə qarşı müdafiə həlləri təklif edir

Kaspersky “Android” və “iOS” əməliyyat sistemləri ilə çalışan mobil cihazları qorumaq üçün nəzərdə tutulan tətbiqləri yeniləyib. Yeniləmələrlə Android üçün Kaspersky tətbiqi indi istifadəçiyə qarşı casusluq edən “bluetooth” cihazları haqqında məlumat verir. Artıq tətbiqin həm “Android”, həm də “iOS” versiyalarında telefon nömrəsinə bağlı üçüncü tərəf xidmətlərindən istifadəçinin şəxsi məlumatlarının sızması barədə bildiriş funksiyası mövcuddur.

Tətbiqləri “Google Play” və “App Store”dan yükləmək mümkündür. Cari funksiyalar Android üçün 11.113 və iOS üçün isə 2.82 versiyalarından başlayaraq mövcuddur. İstifadəçilərə təqdim olunan funksiyalar dəsti əməliyyat sistemindən asılı olaraq dəyişir.

“Bu gün biz bütün dünyada, o cümlədən Azərbaycanda mobil cihazlarda müxtəlif növ kibertəhlükələr aşkarlayırıq. Bunlar mobil bankçılıq troyanları, yəni məşhur bankların tətbiqləri kimi maskalanan zərərli proqramlar ola bilər. Bu siyahıya həm də istifadəçinin yerini sakitcə izləyə və vacib məlumatları ələ keçirə bilən casus proqramını da əlavə edə bilərik. Kifayət qədər məlumatlı olmamaq və zəif təhlükəsizlik tədbirləri istifadəçiləri bu təhlükələrə qarşı kövrək edə bilər. Ən son yeniləmələr ilə Android üçün Kaspersky tətbiqi istifadəçilərə müxtəlif qoşula bilən rəqəmsal cihazlardan və izləyici nişanlardan istifadə etməklə həyata keçirilən potensial təqibi daha effektiv tanımağa kömək edəcək”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Android üçün Kaspersky. İndi proqram nəinki casus və stalker (gizli təqib) proqramlarından istifadə ilə həyata keçirilən rəqəmsal təqiblə mübarizə aparmağa kömək edir, həm də istifadəçini simsiz etiketlər də daxil olmaqla qoşula bilən Bluetooth cihazları haqqında məlumatlandırır. Bu cür cihazlar hər hansı şəxsin hərəkətlərini izləmək üçün arzuolunmaz insanlar tərəfindən istifadə edilə bilər. İstifadəçi proqramın ekranında, məsələn, uzun müddətdir yaxınlıqda olan şübhəli cihazların siyahısını görə və onlarla birgə yerini dəyişə, lazım gələrsə, etibarlı olanların siyahısını yarada biləcək. Funksiya tətbiqin pulsuz versiyasında mövcuddur.

iOS üçün Kaspersky. Həll indi istifadəçilər haqqında məlumatların, məsələn, brauzerdə izləmə sistemləri vasitəsilə onların fəaliyyəti haqqında məlumatların toplanmasına qarşı qoruma funksiyasını ehtiva edir. Bu seçim genişləndirmə olaraq “Safari” brauzerinə inteqrasiya edilib. Bundan əlavə, Kaspersky tətbiqi sayəsində iOS smartfonlarının sahibləri artıq “Safari”də potensial zərərli olanlar da daxil olmaqla reklam bannerlərini bloklaya biləcəklər.

Həm Android, həm də iOS əməliyyat sistemləri üçün tətbiqlərdə yeniləmələr. İstifadəçiyə məlumatlarının, məsələn, şəxsi məlumatlarının, e-poçt ünvanının və onun telefon nömrəsinə bağlı üçüncü tərəf xidmətlərindəki hesablar üçün şifrələrin sızıb-sızmamasına nəzarət etməyə imkan verən funksiya əlavə edilib. Əvvəllər bu seçim e-poçt ünvanı ilə bağlantı üçün mövcud idi. Bu funksionallıq zamanında bildiriş göndərməklə kiberriskləri azaltmağa kömək edəcək, bundan sonra isə istifadəçi şifrəni dəyişməlidir. Hazırda şirkətin saytında və ya onlayn mağazalarda “Kaspersky Premium” tarif planını almaqla bu və digər ödənişli funksiyalardan istifadə etmək mümkündür. Bununla belə, yaxın gələcəkdə istifadəçilər “Kaspersky Premium” birbaşa “iOS” və “Android” üçün tətbiqlərdən abunə ola biləcəklər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!