Mobil dünyaTəqdimat

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

Kaspersky şirkəti GReAT Ideas adlı silsilə onlayn tədbirlərə başlayır. SAS tərəfindən dəstəklənən (Powered by SAS) və dünyadakı bütün kibertəhlükəsizlik peşəkarları və həvəskarları üçün pulsuz olan tədbirlərin birincisi 17 iyun tarixində keçiriləcək.

Bu barədə Frame.az-a şirkətdən məlumat verilib.

Məlumata görə, bu tədbirlər toplusu Kaspersky-nin kiber casusluq və kiber təxribat kampaniyaları da daxil olmaqla ən mürəkkəb hücumların araşdırılmasında qazandıqları nailiyyətlərlə tanınan 40-dan çox yüksək ixtisaslı mütəxəssisi özündə birləşdirən təhdidlərin təhqiqatı və təhlili üzrə qlobal mərkəzinin (Global Research and Analysis Team – GReAT) təşəbbüsüdür.

Onlayn konfranslar zamanı GReAT mütəxəssisləri işlərinin bəzi sirlərini açacaq, kiber təhdidlərin landşaftı, son dövrlərdə aşkar edilmiş APT təhlükələri və onları aşkar etmək üçün istifadə olunan vasitələr barədə danışacaqlar. Bu onlayn görüşlərin məqsədi GReAT komandasının müntəzəm qeyri-rəsmi iclaslarında və hər il baş tutan SAS (Təhlükəsizlik Analitikləri Sammiti) kiber sammitində hökm sürən sərbəst atmosferi saxlamaq surətilə peşəkar cəmiyyətlə fikir mübadiləsi aparmaqdır. SAS, kiber təhlükəsizlik sektorunun tədqiqatçılarını, beynəlxalq hüquq mühafizə orqanlarının və fövqalədə vəziyyətlərə reaksiya üzrə kompüter qruplarının (CERTs) nümayəndələrini, eləcə də maliyyə xidmətləri, texnologiya və səhiyyə sahələri, elmi icmalar və dövlət qurumlarının top menecerlərini bir araya gətirən illik Kaspersky tədbiridir.

Ilk GReAT Ideas. Powered by SAS tədbirində mütəxəssislər real nümunələr üzərindən bu və ya digər hücumun arxasında hansı qrupun dayandığını necə müəyyən etdiklərini izah edəcək və Kaspersky Threat Attribution Engine və digər Kaspersky məhsullarının köməyilə təhdid axtarışının necə aparıldığını göstərəcəklər. Bundan əlavə, kibertəhlükəsizlik üzrə mütəxəssislər mürəkkəb casus kampaniyası Microcin-2020-nin yeni işləri və IoT cihazlarına hücum edən yeni təcavüzkar hiylələri haqqında məlumatlar paylaşacaqlar.

“Hazırda hamımız qeyri-adi şəraitdə işləyirik və kibertəhlükəsizlik üzrə mütəxəssislər cəmiyyətinə dəstək olmaq istəyirik. Əvvəllər müxtəlif oflayn tədbirlər zamanı qarşılıqlı əlaqə qura və bilik mübadiləsi edə bilirdik, bu cür görüşlər ilham mənbəyinə çevrilmiş və peşəkar inkişafa kömək etmişdir. Bu boşluğu GReAT Ideas. Powered by SAS-ın köməyilə doldurmaq, sənaye nümayəndələri ilə qeyri-rəsmi ünsiyyət ənənələrini davam etdirmək, həmçinin kibertəhlükəsizlik mütəxəssislərinin peşəkarlığını artırmağa kömək edəcək yeni bilik və təcrübələrlə bölüşmək istəyirik”,-bunu Kaspersky şirkətinin Qlobal araşdırmalar və təhdidlərin təhlili mərkəzi rəhbərinin müavini Sergey Novikov deyib.

Qeyd edək ki, tədbir ingilis dilində keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!