“Kaspersky Lab” şirkəti biznes üçün “Kaspersky Security” xəttini həm fiziki, həm də virtual mühit üçün təhlükəsiz iş yerləri ilə təmin edən həll ilə tamamladı. Yeni məhsul, patc-menecment və şifrələmə, eləcə də, sistem idarə etməsini ehtiva edən funksionallıqdan ibarətdir.
Biznes üçün “Kaspersky Security” həlli fiziki və virtual infrastrukturun təhlükəsizliyini vahid konsoldan idarə etməyə imkan verir ki, bu da administratorların iş yükünü xeyli azaldır.
İş stansiyaları və serverlərin ənənəvi qorunması ilə yanaşı, universal “Kaspersky Security” virtual mühit üçün ixtisaslaşdırılmış “Kaspersky Security” həllinin son versiyasını da daxil edir. Bu isə, vacib olan biznes əlavələrin işini ləngitmədənvirtual maşınların yükünü bərabərləşdirir.
Biznes üçün universal “Kaspersky Security” Rusiya, Belarus, Qafqaz və Orta Asiya ölkələrində mövcuddur və “Kaspersky Lab”ın tərəfdaşları vasitəsi ilə satılır.
Məhsul haqqında daha ətraflı məlumat almaq üçün linkə daxil olun: https://www.kaspersky.ru/small-to-medium-business-security/endpoint-universal.
Frame.az