Kaspersky mütəxəssisləri “asan uduşlara” inanmamağa çağırır

Yeni il bayramı və onun gətirdiyi həyəcan, qarışıqlıq kibercinayətkarlar tərəfindən istifadə edilən ənənəvi mövzulardandır. İstifadəçilərin məlumatsızlığına və diqqətsizliyinə güvənərək, onlar tez-tez tanınmış brendləri təqlid edir və istifadəçilərə böyük bayram endirimləri və hədiyyələr vəd edirlər. Fırıldaqçılar sizdən bank kartı haqqında məlumatı daxil etməyi və ya uduş əldə etdiyinizə görə komissiya ödəməyi istəyə bilərlər.

Məsələn, Yeni il ərəfəsində fırıldaqçılar yeni il hədiyyələrinin rəsmləri ilə saxta poçt göndərişləri yaya bilərlər. “Xoşbəxtlik məktubu” WhatsApp kimi məşhur messencer vasitəsilə yayıla bilər. İstifadəçiyə böyük pul mükafatı və ya guya böyük tanınmış supermarketdən hədiyyə səbəti qazanmaq təklif oluna bilər. Aksiyada iştirak etmək üçün bir neçə sadə suala cavab verməlisiniz, məsələn, “pul mükafatınızı nəyə xərcləyəcəksiniz” və ya “Yeni il zamanı ən vacib şey nədir?”. Əfsanəyə görə, mükafatı əldə etmək üçün siz ya aksiyanın linkini dostlarınıza göndərməli və sonra hədiyyənin çatdırılması üçün məlumatlarınızı təqdim etməlisiniz və ya bunun üçün 1 manat ödəməli və kart məlumatları, o cümlədən CVV şifrəni, fırıldaqçının saytına daxil etməlisiniz.

“Təcavüzkarlar həmişə öz sxemlərini cari gündəmə uyğunlaşdırırlar və Yeni il bayramı da istisna deyil. Üstəlik, fırıldaqçılar sadəcə olaraq dostlarınız arasında potensial təhlükəli mesajı yaymağı xahiş etməklə öz planlarını sizin və əlaqə siyahınızdakı insanların hesabına həyata keçirə bilərlər. Əlbəttə ki, bayram günlərində siz yalnız yaxşılığa inanmaq istəyirsiniz, lakin tövsiyə edirik ki, bayramı özünüz və ya yaxınlarınız üçün korlamayasınız, ayıq-sayıq qalasınız və möcüzələrə inansanız belə, fırıldaqçı poçt göndərişlərindəki möcüzələrə qarşı diqqətli olasınız. Məlumatlarınızı daxil etdiyiniz saytları diqqətlə yoxlayın və çox səxavətli təkliflərə şübhə ilə yanaşın”, deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyir.

Skamın qurbanı olmamaq üçün Kaspersky istifadəçilərə tövsiyə edir:

cəlbedici uduşlu lotereyalar haqqında məlumatlara şübhə ilə yanaşın;

asan qazanc və ya sadə uduş təklifi ehtiva edən mesajlardakı linklərə klikləməzdən əvvəl faktları yoxlamaq üçün bir az vaxt sərf edin: məsələn, mağazanın rəsmi saytında məktubda qeyd olunan aksiya haqqında məlumat axtarın;

Kaspersky Total Security kimi fişinq və fırıldaqçı saytlar, eləcə də spamlar haqqında ən son məlumat bazalarına malik etibarlı təhlükəsizlik həllini quraşdırın.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: