Mobil dünyaTəqdimat

Kaspersky-nin həlli nüfuzlu AV-Comparatives mükafatına layiq görülüb

Kaspersky ev istifadəçilərinin müdafiəsi üçün nəzərdə tutulan flaqman həlli 2022-ci ilin sonunda üç kateqoriyada AV-Comparatives mükafatına layiq görülüb: şəxsi istifadəçilər üçün təhlükəsizlik məhsulu sınaqlarının bütün seriyalarında yüksək nəticə əldə etdiyinə görə Top-Rated Product 2022 mükafatını qazanıb. Bu uğura nail olmaq üçün həll il ərzində bütün sınaqlarda ümumilikdə 90-dan çox xal toplamalı idi. Kaspersky məhsulu 95 bal toplayıb və həmçinin yeddi sınaqdan beşində ən yüksək Advanced+ mükafatını əldə edib.

Şirkətin həlli, həmçinin iki bürünc mükafata layiq görülüb – biri yanlış pozitivlərin sayına görə (Lowest False Positives), digəri isə hədəfli və faylsız hücumlardan müdafiə qabiliyyətini yoxlayan “Qabaqcıl Təhdidlərdən Müdafiə” (Advanced Threat Protection) sınağının nəticələrinə görə. Məhsul 12 hücumun qarşısını alıb və bütün iştirakçılar arasında ilk 3-yə daxil olub.

“Kaspersky məhsulları bazarda ən yaxşıları arasındadır. Bunu 12 il dalbadal aldığımız nüfuzlu sınaq laboratoriyası AV-Comparatives mükafatları da təsdiqləyir. Biz fəxr edirik ki, bu həllər üzərində işləyən hər kəsin əməyi yüksək qiymətləndirilir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

AV-Comparatives testlərinin ətraflı nəticələri haqda hesabatın tam versiyası ilə burada tanış ola bilərsiniz.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!