Site icon Frame.az

Kaspersky Olimpiya Oyunlarının açılışı ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Tokiodakı Olimpiya Oyunlarının açılışı ərəfəsində Kaspersky bu vacib idman hadisəsi ilə bağlı əsas onlayn fırıldaqçılıq sxemlərini araşdırıb.

Frame.az xəbər verir ki, onların arasında yarışların yayımını, azarkeşsiz tribunalara xəyali biletlərin və hətta saxta Olimpiya tokenlərinin satışını həyata keçirən saxta saytlar var.

Canlı Yayımlar

Kaspersky mütəxəssisləri Olimpiya Oyunlarının canlı yayımını təklif edən müxtəlif fişinq saytları aşkarlayıblar. Onlardan bəzilərində qeydiyyatdan keçmək tələb olunur. İstifadəçi öz məlumatlarını saxta sayta daxil edərsə, həmin məlumatlar təcavüzkarların əlinə keçir. Bundan başqa, qeydiyyat formasını doldurduqdan sonra istifadəçini aldadaraq zərərli proqramları yükləməyə məcbur edirlər.

Saxta Biletlər

Yaponiyada tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, yarışlara oflayn biletlərin satışı əvvəlki kimi öz aktuallığını qoruyur. Alınmış biletlərin ödənişini geri qaytarmağı təklif edən səhifələr də var.

Olimpiya Oyunları Tokeni

Fırıldağın digər bir növü saxta virtual valyutanın satışıdır. Bu valyuta Olimpiadanın istedadlı idmançılarına dəstəyin bir üsuli kimi təqdim olunur.

Olimpiada ilə bağlı təşkilatlar

Şəbəkədə Olimpiya Oyunları ilə bağlı səhifələri, məsələn, yarışların rəsmi səhifəsi və Beynəlxalq Olimpiya Komitəsinin rəsmi səhifəsini təqlid edən fişinq saytları da peyda olub. Təcavüzkarlar sonuncudan əsasən Microsoft istifadəçilərinin hesab məlumatlarını toplamaq üçün istifadə edirlər.

Hədiyyə uduşları

Əksər fırıldaqçılıq saytlarında Olimpiada ilə bağlı saxta viktorinalar keçirilir. Məsələn, Olimpiya Oyunlarına rahat baxmaq üçün guya televizor qazanmaq olar. Bu viktorinaya daxil olan istənilən istifadəçi “qalib” elan olunur.Hədiyyəni əldə etmək üçün isə sadəcə “çatdırılma haqqını” ödəmək lazımdır. Fırıldaqçıların öz qurbanlarından qoparmaq istədiyi pul məhz bu ödənişlərdir.

“Kiber cinayətkarlar idman yarışlarını hər zaman öz hücumları üçün yem kimi istifadə edirlər. Bu il Olimpiadanın keçiriləcəyi ölkədə koronavirusun səbəb olduğu infeksiya ilə mübarizə məqsədilə məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, təcavüzkarlar öz niyyətlərindən əl çəkməyiblər. Buna görə də, istifadəçiləri ayıq-sayıq olmağa və Olimpiya Oyunları ilə bağlı şəbəkədə qarşılarına çıxan istənilən məlumatı yoxlamağa çağırırıq”, –  deyə Kaspersky-nin məzmun təhlilçisi Olqa Svistiunova bildirib.

Olimpiya mövzulu fişinq hücumlarından qorumaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:

Linkə klikləməzdən əvvəl yönləndirildiyiniz saytın URL ünvanını, linkin özünü və göndərənin elektron poçt ünvanını yoxlayın;

Şəxsi məlumatlarınızı daxil etməzdən əvvəl saytın orijinallığını yoxlayın və Olimpiya Oyunlarına baxmaq üçün yalnız rəsmi səhifələrdən istifadə edin;

Kaspersky Security Cloud kimi zərərli göndərişləri məüyyən edən və fişinq saytlarını bloklayan etibarlı təhlükəsizlik həllindən istifadə edin.

Exit mobile version