EventsIqtisadiyyatMobil dünyaTəqdimat

Kaspersky özünün Kaspersky Cyber Immunity® əmtəə nişanını ABŞ-da qeydiyyatdan keçirib

Kaspersky tərəfindən hazırlanmış və Kaspersky OS əməliyyat sisteminin əsasını təşkil edən kiberimmunitet konsepsiyası ticarət nişanına çevrilib. 2022-ci ilin mart ayında ABŞ Patent və Əmtəə Nişanları İdarəsi KASPERSKY CYBER IMMUNITY® ticarət nişanını qeydiyyata alıb. Şirkət daha əvvəl də bənzər ticarət nişanını Böyük Britaniyada, Cyber ​​​​Immunity-ni isə Rusiyada qeydiyyatdan keçirib.

Kiber immunitet konsepsiyası özündə Secure-by-Design yanaşmasını – İT həllinin layihələndirilmə mərhələsində kibertəhlükəsizlik mexanizmlərinin yaradılmasını ehtiva edir. Bu yanaşmanın prinsipləri bəzi ölkələrin tənzimləyici orqanlarının sənədlərində öz əksini tapıb. Məsələn, Sinqapur Kibertəhlükəsizlik Agentliyi bu barədə Security-by-Design Framework-un bir hissəsi kimi danışır. Həmçinin, ev üçün əşyaların internetiilə bağlı ETSI EN 303 645 V2.1.1 standartı mövcuddur. AWS kimi proqram təminatı tərtibatçıları artıq öz xidmətləri üçün bu yanaşmadan istifadə edirlər.

Əmtəə nişanının qeydiyyatı Kaspersky-yə məhsullarını fərdiləşdirmək üçün Kaspersky Cyber ​​Immunity®-dən istifadə etməyə müstəsna hüquq verir. Bundan əlavə, o, əmtəə nişanının müəyyən meyarlar əsasında müvafiq ölkələrin səlahiyyətli orqanları tərəfindən yoxlanılmış fərqli xüsusiyyətlərə malik olduğunu təsdiq edir. Müəlliflik hüququ sahibi olaraq şirkət öz məhsullarında, o cümlədən,etiketlərdə və qablaşdırmada, internet saytında, reklamda, sənədləşmədə, xidmətlər göstərərkən və iş görərkən əmtəə nişanını yerləşdirə, habelə bütün digər şəxslərin eyni və ya oxşar müəllif hüquqları sahibinin icazəsi olmadan əmtəə nişanının qeydiyyata alındığı ərazilərdə onunla eyni və ya çaşdırıcı dərəcədə oxşar işarələrin bənzər mal və xidmətlərüçün istifadəsini qadağan edə bilər.Kiberimmunitet İT məhsulunun əlavə (yerləşdirilmiş) təhlükəsizlik vasitələrindən istifadə etmədən haker hücumlarına müqavimət göstərmək qabiliyyətini nəzərdə tutur. Belə sistemə edilən kiberhücum növlərinin böyük əksəriyyəti səmərəsizdir və onun həyati vacib funksiyalarınınicrasına təsir göstərə bilməz. İT məhsullarına KasperskyOS-dan bir inkişaf platforması kimi istifadə etməklə və həllin yaradılması zamanı xüsusi metodologiyaya riayət etməklə kiber toxunulmazlıq qazandırmaq mümkündür. Bu metodologiya İT məhsulunun təhlükəsizlik məqsədlərinin və əməliyyat şəraitinin müəyyən edilməsini, sistemin təcrid olunmuş təhlükəsizlik domenlərinə bölünməsini və bu domenlər arasında məlumat axınına nəzarəti ehtiva edir.

“Kaspersky Cyber ​​​​Immunity® ticarət nişanının beynəlxalq miqyasda qeydiyyatı yarandığı andan kiberdavamlılığa malik sistemlər üçün yeni bazar yaratmaq istiqamətində görülənməqsədyönlü işin sübutudur. Bu cür tanınma həm həmin həlləri yaradan komanda daxilində, həm də bazar analitikləri və müştərilər arasında vacibdir. İndi ilk IoT şlyuzuolan Kaspersky IoT Secure Gateway 100 bütün dünyada tanınan unikal təyinata malikdir. KasperskyOS-a əsaslanan bütün gələcək məhsullarımız eyni təyinata malik olacaq. Kiberimmunitet konsepsiyası rəqəmsal transformasiya vacib tərkib hissəsidir”, – deyə KasperskyOS əsaslı həllər üçün biznesin inkişafı şöbəsinin rəhbəri Andrey Suvorov qeyd edib.

Kiberimmunitet konsepsiyası və KasperskyOS əməliyyat sistemi haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!