Mobil dünyaTəqdimat

Kaspersky rusdilli məktəbliləri hədəf alan yeni onlayn dələduzluq sxemi aşkarlayıb

Kaspersky mütəxəssisləri YouTube Shorts-da guya hər gün internetdə necə asanlıqla çoxlu pul qazandığını izah edən şəxsin qısa videolarını aşkarlayıb. Eyni zamanda o, iş təcrübəsi olmayanlarla, xüsusən də məktəblilərlə öz ideyalarını bölüşməyə hazırdır. Məlum olub ki, bu çox mərhələli fırıldaqçılıq sxeminin yalnız birinci dövrüdür, məqsədi başqalarının pulunu ələ keçirməkdir.

Bu istifadəçinin hesabına daxil olsanız, #Minecraft heşteqi ilə eyni tipli çoxlu sayda videoları və bu oyundan epizodları görə bilərsiniz. Bu cür məzmun kanalın potensial qurbanlarının toplaşdığı hədəf auditoriyasının tövsiyələr siyahısında daha tez-tez görünməsi üçün edilir. Bu hesabda məlum şəxsin nə qədər pul qazandığını bildirdiyi sonuncu qısa videonun altında tam videoya keçid var – kilkləyərək başqa bir YouTube kanalına yönəlirsiniz. Videoda həmin şəxs məktəblilərin sərmayə qoymadan internetdən necə pul qazana biləcəyini izah edir. Xüsusilə o, məşhur kriptovalyuta birjasının Telegram botunu qeyd edir. Bu botun linki tam videonun aşağısında görünür.

Telegram botu məşhur kriptovalyutanın ayrı-ayrı dizayn elementlərindən istifadə edir, onun təsvirində  guya “avtomatlaşdırılmış p2p ticarəti” üçün yaradıldığı deyilir. Mesajda qeyd edilir ki, əgər şəxs təklif olunan xidmətdən istifadə edərsə, kriptovalyutanın yenidən satışından qazanc əldə edə biləcək. Başlamaq üçün balansı doldurmaq, yəni elektron pul kisəsi nömrəsinə bank kartı və ya kriptovalyuta da daxil olmaqla istənilən rahat üsulla pul köçürmək təklif olunur. Botun müəllifləri söz verirlər ki, yatırılan məbləğ yeddi gün ərzində iki dəfə artacaq. Ancaq reallıqda pul təcavüzkarların cibinə gedəcək və qurban isə heçnə əldə etməyəcək.

“Məktəblilərə pul qazanmağın asan yolları ilə tanış olmaq təklif edilən və altında Telegram botuna keçid linkinin yerləşdirildiyi video bir neçə gün ərzində 150 ​​mindən çox baxış toplayıb. Videonun özünün altında yüzdən çox şərh var – müsbət olanlar adətən istifadəçilərin sayıqlığını azaltmaq üçün xüsusi olaraq kibercinayətkarlar tərəfindən yazılır. Telegram botunda qazancın təsviri də inandırıcı görünür. Ancaq sizin dərhal diqqətinizi çəkməli olan bir məqam var – balansı doldurmaq təklif edildikdə, bunu şəxsi hesab vasitəsilə deyil, naməlum şəxsə pul köçürmək yolu ilə etmək tələb olunur”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kibertəhlükəsizlik mütəxəssisləri istifadəçilərə tövsiyə edir:

internetdə son dərəcə səxavətli təkliflərə həssas yanaşın;

asan pul təklifləri olan linklərə klikləməzdən əvvəl, faktları yoxlamaq üçün bir az vaxt sərf etmək daha yaxşı olar, məsələn, şirkətin rəsmi saytında təklif haqqında məlumat axtarın;

Kaspersky Premium kimi fişinq və fırıldaqçı saytların ən son məlumat bazalarına malik etibarlı təhlükəsizlik həllini quraşdırın.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!