Site icon Frame.az

“Kaspersky” süni intellektin kibertəhlükəsizlikdə etik istifadəsi üçün prinsiplərini təqdim edib

 “İnformasiya Açıqlığı üzrə Qlobal Təşəbbüs” çərçivəsində “Kaspersky” sistemlərin inkişafı və istifadəsi üçün maşın öyrənməsinə əsaslanan etik prinsipləri təqdim edib. Təqdimat BMT-nin himayəsi altında keçirilən və bu ilin əsas mövzularından biri olan süni intellekt və inkişafda olan texnologiyalara həsr olunan “İnternet İdarəçiliyi Forumunda” baş tutub. “Kaspersky” forum zamanı maşın öyrənmə sistemlərinin inkişafı və istifadəsi üçün etik prinsiplər, o cümlədən texniki və hüquqi aspektlərin müzakirəsi məqsədilə diskussiya təşkil edib. Yeni sənəddə şirkət ML alqoritmlərinə əsaslanan sistemlərin etibarlılığını necə təmin etdiyini izah edir və digər sənaye iştirakçılarını dialoqa qoşulmağa və ümumi etik prinsipləri inkişaf etdirməyə təşviq edir.

 “Kaspersky” təxminən 20 ildir ki, öz həllərində maşın öyrənməsi alqoritmlərindən istifadə edir. Bunu insan təcrübəsi ilə birləşdirmək şirkətə hər gün müxtəlif yeni təhdidləri aşkarlamağa və onlarla mübarizə aparmağa imkan verir, həmçinin, ML təhdidlərin aşkarlanması və anomaliyaların aşkarlanması prosesinin avtomatlaşdırılmasında, eləcə də zərərli proqram təminatının tanınmasının dəqiqliyinin artırılmasında mühüm rol oynayır. İnnovasiyaları təşviq etmək üçün “Kaspersky” maşın öyrənmə sistemlərinin inkişafı və istifadəsi üçün etik prinsiplər müəyyən edib və insanların həyatını yaxşılaşdırmaq üçün kibertəhlükəsizlikdə bu cür texnologiyalardan istifadəni təmin edən ümumi təcrübələrin işlənib hazırlanması məqsədilə çoxtərəfli dialoq təşəbbüsü ilə çıxış edib. Şirkət bu dialoqa təkan vermək üçün həmin prinsipləri sənaye iştirakçıları ilə açıq şəkildə bölüşür.

 “Kaspersky”yə görə AI/ML hazırlanması və istifadəsində aşağıdakı altı prinsip nəzərə alınmalıdır: 

  1. şəffaflıq; 
  2. təhlükəsizlik; 
  3. insan nəzarəti; 
  4. məxfilik; 
  5. kibertəhlükəsizlik məqsədlərinə sadiqlik; 
  6. dialoqa açıqlıq.

Şəffaflıq prinsipi “Kaspersky” şirkətlərin öz müştərilərini məhsul və xidmətlərində maşın öyrənmə texnologiyalarından istifadə barədə məlumatlandırmalı olduğuna dair qəti inamı anlamına gəlir. Şirkət mümkün qədər şərh edilə bilən ML sistemlərini inkişaf etdirməklə və maraqlı tərəflərə şirkətin həllərinin necə işlədiyi və onların maşın öyrənmə texnologiyalarından necə istifadə etdiyi barədə məlumat verməklə bu prinsipə əməl edir.

Təhlükəsizlik prinsipi “Kaspersky”nin maşın öyrənmə sistemlərinin keyfiyyətini təmin etmək üçün həyata keçirdiyi geniş tədbirlərdə öz əksini tapır. Bunlara ML/AI üçün xüsusi təhlükəsizlik auditləri, AI həllərini öyrədərkən üçüncü tərəf məlumat dəstlərindən asılılığı minimuma endirmək üçün tədbirlər və müştəri maşınlarında quraşdırılmış modellər əvəzinə lazımi təhlükəsizlik tədbirləri ilə bulud əsaslı maşın öyrənmə texnologiyalarına önəm verilməsi daxildir.

İnsan nəzarəti prinsipi mürəkkəb təhdidləri təhlil edərkən AI/ML sistemlərinin işini yoxlamaq zərurəti ilə izah olunur. Effektiv mühafizəni təmin etmək üçün “Kaspersky” bütün AI/ML sistemlərinin əsasını insan nəzarətində saxlamağa çalışır.

Məlumatların böyük əksəriyyəti şirkətlərin maşın öyrənmə alqoritmləri ilə işləyən sistemlərinin öyrənilməsi prosesinə vacib rol oynadığından rəqəmsal məxfilik hüququnu nəzərə alınmalıdır. “Kaspersky” istifadəçilərin rəqəmsal məxfiliyini təmin etmək üçün məlumat və sistemləri qorumaq məqsədilə bir sıra texniki və təşkilati tədbirlərdən istifadə edir.

Beşinci etik prinsip “Kaspersky”nin AI/ML alətlərindən yalnız kibertəhlükəsizlik məqsədləri üçün istifadə etmək öhdəliyini əks etdirir. Yalnız təhlükəsizlik texnologiyalarına diqqət yetirməklə şirkət daha təhlükəsiz dünya qurmaq missiyasını yerinə yetirir və istifadəçiləri və onların məlumatlarını qorumaq öhdəliyini nümayiş etdirir.

Altıncı prinsip “Kaspersky”nin maşın öyrənməsi alqoritmlərinin etik istifadəsində ən yaxşı təcrübələri bölüşmək üçün bütün maraqlı tərəflərlə dialoqa açıqlığını ifadə edir. Şirkət bu mövzuları müzakirə etməyə hazırdır, çünki o hesab edir ki, yalnız əməkdaşlıq vasitəsilə maneələr dəf edilə, innovasiyalar stimullaşdırıla və yeni üfüqlər açıla bilər.

“Maşın öyrənməsi kibertəhlükəsizlik sənayesi üçün çox faydalı ola bilər. O, cəmiyyətin kiber davamlılığını daha da artırır. Bununla belə, inkişafının ilkin mərhələsində olan hər hansı bir texnologiya kimi, o da müəyyən risklər daşıyır. Biz maşın öyrənmə texnologiyaları ilə işləmək sahəsində etik prinsiplərimizdən danışırıq və bu cür həllərin işlənməsini etik hala gətirmək üçün aydın tövsiyələr hazırlamaq məqsədilə sənayedə açıq dialoqa çağırırıq”, – deyə Anton İvanov, “Kaspersky”nin Tədqiqat və İnkişaf Direktoru, bildirir.

 

Exit mobile version